Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN AVTOŞLARI: «BƏNÖVŞƏYİLƏR»…

ZİYA MƏMMƏDOVUN AVTOŞLARI: «BƏNÖVŞƏYİLƏR»…


5-07-2012, 12:39
ZİYA MƏMMƏDOVUN AVTOŞLARI: «BƏNÖVŞƏYİLƏR»…

YENİ TAKSİLƏRƏİN SÜRÜCÜLƏRİ HƏTTA QANUNLARI BELƏ NƏZƏRƏ ALMIRLAR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun gətirdiyi «London taksiləri»ndən hələ deyəsən, çox şeylər yazılacaq. Belə ki, əlahiddə səlahiyyətlərə malik olan bu taksilərin sürücüləri üçün nə işıqforun rənglərinin fərqi var, nə də hansısa yol hərəkəti nizamlayıcısının. İstədikləri yerdə, istədikləri formada hərəkət edən yeni taksilərin sürücülərini danışdırdıqda isə onlara bu səlahiyətin birbaşa olaraq nazirlik tərəfindən verildiyini ayırd etmək çox asandır.

Elə bizimlə söhbətində həmin taksi sürücülərindən biri çox maraqlı faktları DİA.AZ-ın diktafonlarına açıqladı. Adının çəkilməsini arzu etməyən taksi sürücüsü bildirdi ki, onlara rəhbərlik tərəfindən göstəriş verilib ki, daha çox müştəri əldə etmə naminə istədikləri formada hərəkət edə bilərlər. Hətta dövlət yol polisinin əməkdaşlarının da onlarla bağlı təlimat aldığını həmsöhbətimiz olan sürücü etiraf etdi. Yəni DYP işçiləri onlara toxuna bilməz.

Bildirək ki, yenit taksilərin sürücülərinin özbaşına hərəkətləri ilə əlaqədar redaksiyamıza onlarla şikayət daxil olub. Məsələn, şikayətlərin birində vurğulanır ki, yeni «London taksiləri» gecələr güclənmiş işıqla hərəkət edərək qarşıdan gələn maşınların hərəkətinə məqsədli şəkildə əngəl olurlar.

Dünən isə bir vətəndaş yeni taksilərlə bağlı redaksiyamıza narazılıq edib: «Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin yanındakı küçədə, keçmiş Əzizbəyovun heykəlinin qarşısında iki yeni taksi - dövlət nömrə nişanları 90 AT 101 və 90 AT 117 olan iki yeni taksi əməlli-başlı avtoşluq etdilər. Onlar ərazidəki dairəvi yolda hətta avtoxuliqanları belə pasda qoyan hərəkətlər etdikdən sonra bütün maşınların hərəkətinə mane oldular və tıxac yaratdılar».

Vətəndaş bildirir ki, bütün bunlar DYP əməkdaşlarının gözləri qarşısında baş versə də, Ziya Məmmədovun avtoşlarına güldən ağır söz də deyilmədi.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt