Əsas Səhifə > Gündəm, Manşet > BULVARDA DƏHŞƏT: AZYAŞLI UŞAQ ÖLÜMDƏN DÖNDÜ

BULVARDA DƏHŞƏT: AZYAŞLI UŞAQ ÖLÜMDƏN DÖNDÜ


5-07-2012, 12:01
BULVARDA DƏHŞƏT: AZYAŞLI UŞAQ ÖLÜMDƏN DÖNDÜ

DƏNİZKƏNARI MİLLİ PARKIN RƏHBƏRLİYİ İSƏ PUL QAZANMAQDADIR

DİA.AZ: - Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi Yeni Bulvarın inşası başa çatar-çatmaz bəh-bəhlə açıqladılar ki, bəs dənizkənarı parkın genişlənmiş hissəsində sən demə, velosiped sürücüləri üçün də yer müəyyən ediblər. Lakin sonradan aydın oldu ki, burada düşünülən, qayğısına qalınan velosiped həvəskarları deyilmiş. Sadəcə olaraq, kimlərsə pul qazanmaq həvəsinə düşüb.

İndi də bunun bəlasını sıravi vətəndaşlar - gündəlik qayğılarından bir neçə saatlaqı ayrılmaq istəyib, bulvarda istirahət etməyə gələn paytaxt sakinləri çəkməkdədir. DİA.AZ bildirir ki, yeni bulvar ərazisində son iki ay ərzində nə az nə çox, düz 21 velosiped qəzası olub. Bəli, yanılmadınız 21 VELOSİPED QƏZASI…

Qeyd edək ki, bulvar rəhbərliyinə yaxın işbazlar tərəfindən Yeni Bulvar ərazisində təxminən 200-dən artıq velosiped saatı 2 manata icarəyə verilir. Və hər gün demək olar ki, 100-dən artıq velosipedçi nəinki müəyyən olunmuş hissədə, həm də sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisində də hərəkət etməkdədirlər ki, bu da artıq paytaxt sakinlərini çilədən çıxarıb.

Redaksiyamıza bununla bağlı şikayət edən bir qrupp narazı sakin bildirdi ki, dünən axşam saatlarında da növbəti velosiped qəzası olub və nəticədə 6 yaşlı körpə uşaq kəllə-beyin travması ilə təcilli tibbi yardım stansiyasına qəbul edilib. Sakinlər bildirir: «Nə bulvarın rəhbərliyi, nə bulvar mühafizəçiləri, nə də istirahətə gələn vətəndaşlar iki təkər üstündə avtoşluq edən velosiped həvəskarlarını insanların hərəkəti üçün nəzərdə tutulan zolaqdan yığışdıra bilmirlər. Onlar 2 manat verib istədikləri kimi hərəkət edirlər. Bu da axırı. Artıq neçənci körpə uşaqdır ki, onların təkərlərinin altında qalır».

Sakinlər bildirdi ki, dünən baş verən olayın dəhşəti artıq vətəndaşları çilədən çıxartdığından onlar yığışaraq qəza törədən sürücünü döyüblər. Körpəsi velosipedlərin qurbanı olan valideynlərin isə bulvar idarəsini məhkəməyə verməyə hazırlaşdığı söylənilir.


Geri qayıt