Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU»DA MÜDHİŞ ÇEK ƏMƏLİYYATI

«BANK OF BAKU»DA MÜDHİŞ ÇEK ƏMƏLİYYATI


4-07-2012, 14:26
«BANK OF BAKU»DA MÜDHİŞ ÇEK ƏMƏLİYYATI

FİLİAL RƏHBƏRLƏRİ İNDİ DƏ VƏTƏNDAŞLARA SIRA SATIRLAR

DİA.AZ: - Adı bir çox qalmaqallarda hallanan və İranın xüsusi xidmət orqanları ilə çirkli pulların yuyulması istiqamətində işbirliyində ittiham olunan (iddia məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə yer alıb -red.) «Bank of Azərbaycan»la bağlı redaksiyamıza yeni ilginc fakt daxil olub.

Bu barədə DİA.AZ-a müraciət edən bir qrup vətəndaşın sözlərindən belə aydın olur ki, «Bank of Baku»nun yerli filiallarında indi də vətəndaşlara sıraları satırlar. Şikayətçinin bildirdikləri: «Bankın xidmətlərindən istifadə etmək üçün filiallara müraciət etdikdə sıra nömrəsi verilir və növbənin çatmasını hər kəs gözləmək məcburiyyətindədir. Amma filialların yerli rəhbərliyi vətəndaşlara özünəməxsus formada «çıxış yolu» da təqdim edir. Sıraların satın alınması».

Bunun necə baş verdiyini izahlayan şikayətçilərin sözlərinə görə, qabaqcadan sıra nömrələri aparatdan keçirilir və əldə olan hazır çekləri tələskən müştərilərə 5-10 manata satırlar: «Gün ərzində təxminən 30-40 müştəri sıranı satın alır. Əvvəlcədən halal növbəsini gözləyən müştərilərin isə bundan xəbəri olmur. Çünki hər şey guya ki, qanuni şəkildə cərəyan edir. Yəni sıranı satın alanların əlində də onlarda olduğu kimi çeklər olur».

Narazı şikayətçilərin sözlərinə görə, çek satışı əməliyyatı filiallardakı mühafizəçilərin əli ilə həyata keçirilir: «Biz də öyrəndik ki, bu işdə elə filial rəhbərliyinin özü maraqlıdır. Hər halda, bir gün ərzində 200-300 manat pul qazanmaq onlara artıqlıq etməz».

Narazı qrup sözügedən çek biznesinin xüsusən «Bank of Baku»nun Yasamal və «Gənclik» filiallarında geniş yayıldığını da bildirdi.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Geri qayıt