Əsas Səhifə > Dünya > RUS DİLİ UKRAYNANI QARIŞDIRDI

RUS DİLİ UKRAYNANI QARIŞDIRDI


4-07-2012, 13:47
RUS DİLİ UKRAYNANI QARIŞDIRDI

PARLAMENTİN SƏDRİ ETİRAZ OLARAQ İSTEFA VERDİ

İyulun 4-də Ukrayna Ali Radasının spikeri Volodymyr Lytvyn parlamentin iclasında istefa verib. O, rus dilinin statusu haqqındakı qanuna etiraz edərək istefa verib.

Lytvyn deyib ki, qanun layihəsi qəbul olunmaq üçün hazır deyilmiş.

Kiyevin mərkəzindəki Ukrayna Evinin yanında isə yüzlərlə adam rus dilinin statusu ilə bağlı qanuna etiraz edərək küçələrə çıxıb.

“Azadlıq Radiosu” bildirir ki, dünənki səsvermə spikerin iştirakı olmadan keçirilib. Gecə isə Ukrayna Evinin yaxınlığında qanunun əleyhdarları ilə xüsusi təyinatlı milislər arasında qarşıdurma olub.

İyulun 3-də Ukrayna Ali Radası dillər haqqında qanun layihəsini qəbul edib. Prezident Viktor Yanukovich qanun layihəsini imzalayarsa, rus dilinə əhalinin ən azı 10 faizinin bu dildə danışdığı bölgələrdə regional dil statusu veriləcək.

Bu, Ukraynanın 27 inzibati-ərazi vahidindən 13-də rus dilinə regional dil statusu verilməsi deməkdir.

Geri qayıt