Əsas Səhifə > Gündəm, Manşet > DEPUTATIMIZI ERMƏNİLƏRƏ NƏ BAĞLAYIR?

DEPUTATIMIZI ERMƏNİLƏRƏ NƏ BAĞLAYIR?


4-07-2012, 12:50
DEPUTATIMIZI ERMƏNİLƏRƏ NƏ BAĞLAYIR?

ƏSABİL QASIMOVUN «KARAT» ŞİRKƏTİNİN ERMƏNİSTANLA İLGİNC ƏLAQƏLƏRİ

DİA.AZ: - Bir neçə gün əvvəl mətbuatda «Karat» şirkətinin qaranlıq fəaliyyəti ilə bağlı çox ilginc faktlar açıqlandı və sonradan bu məsələ ilə bağlı bir neçə mühüm dairənin təşvişə düşdüyü məlum oldu. Əslində gözlənilən idi də. Çünki ortaya real və konkret faktlar qoyularaq Azərbaycanın millət vəkillərindən birinin başında dayandığı şirkətin Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Qarabağda, Xocalıda minlərlə bacı və qardaşımızı vəhşicəsinə qətlə yetirmiş düşmən Ermənistanla biznes əlaqələrinin mövcudluğu sübut olunurdu.

Məsələnin maraqlı olması səbəbindən DİA.AZ redaksiyası olaraq sözügedən istiqamətdə müəyyən araşdırmalar aparmaq qərarına gəldik və çox ilginc məqamları üzə çıxardıq. Qəzetimizə məlumat verən mənbə bildirir ki, 79 saylı İmişli seçki dairəsindən millət vəkili olan Əsabil Qasımovun biznes strukturu olaraq tanınan "Karat" şirkətinin neçə illərdir ki, Ermənistanla biznes əlaqələri mövcuddur. "Karat" şirkətinin istehsal etdiyi mallar - kəpək və yumurta neçə illərdir ki, Ermənistana ötürülür. Bunun üçün araçılıq edən isə İran İslam Respublikasına aid daşıma şirkətlərindən biridir.

Mənbənin bildirdiyinə görə "Karat" firması hər ilin əvvəlində İran şirkəti ilə illik müqavilə bağlayır. Müqaviləyə əsasən "Karat" istehsal etdiyi kəpək və yumurtanın böyük bir hissəsini İran şirkətinə verir. İran maşınları ilə daşınan bu mallar sərhədi keçdikdən sonra birbaşa Ermənistana doğru istiqamətləndirilir.

Hər gün "Karat"ın dəyirman və broyler fabriklərində 10-15 maşın yüklənir və bu yük Ermənistana istiqamətlənir. Müqavilədə Ermənistana daşınan kəpək və yumurtanın qiyməti isə Azərbaycan bazarında olduğundan iki dəfə ucuz olur.

Mənbənin bildirdiyinə görə Ermənistana aparılan kəpək və yumurta düşmən ölkənin donuzçuluq təsərrüfatlarında istifadə edilir. Belə ki, son illər Ermənistanda donuzçuluq böyük inkişafa malik olub və ölkənin xaricə ixrac etdiyi məhsullar içində donuz əti birinci yerlərdən birini tutur.

Bizim "Karat" rəhbərliyinin bu maxinasiyadan xəbəri varmı?" sualımıza mənbə bildirdi ki, əgər o, "Karat" firmasının orta səviyyəli bir işçisi kimi bütün bunlardan xəbərdardısa, o zaman şübhəsiz ki, rəhbərlik də bundan xəbərdardır: "Digər tərəfdən, onlar yaxşı bilirlər ki, müqavilə bağladıqları İran şirkətinin Ermənistanla sıx əlaqələri var və onların məhsulları hansı ünvana ötürülür".

Mənbə əlavə olaraq onu da vurğuladı ki, Əsabil Qasımov şəxsən bütün bu maxinasiyalardan xəbərdardır: "Sadəcə İran şirkətindən qalxan kimi istifadə olunur. Bu biznesin araçıları iranlılar olsa da, "Karat"ın rəhbərliyi birinci gündən bu biznesin ən kiçik detallarını belə bilir".

Geri qayıt