Əsas Səhifə > Şou-biznes > ELZA SEYİDCAHANI "YIXIB-SÜRÜDÜLƏR"

ELZA SEYİDCAHANI "YIXIB-SÜRÜDÜLƏR"


4-07-2012, 12:38
ELZA SEYİDCAHANI "YIXIB-SÜRÜDÜLƏR"

MÜĞƏNNİ AYAN TAINMIŞ BƏSTƏKARA CAVAB VERDİ

Müğənni Ayan əməkdar artist Elza Seyidcahanın ittihamlarına cavab verdi.

Day.Az xəbər verir ki, bundan əvvəl Elza Seyidcahan Ayanı “Yeddi gözəl” layihəsini oğurlamaqda günahlandırmışdı.

“Elza xanımın elə coşğun fantaziyası var ki, o artıq nə etdiyini xatırlamır. Mən bu layihə haqqında heç nə eşitməmişəm. Belə çıxır ki, mən indi hansısa bir mahnı oxusam, o deyəcək ki, mən bu mahnını ondan oğurlamışam?”, - müğənni Ayan gülümsəyərək qeyd edib.

Ayan həmçinin, onun müğənni Elza Seyidcahanın fanatı olması barədə dediyi sözlərə də münasibət bildirib.

“Mən həmişə demişəm ki, Aygün Kazımovanın fanatıyam. Elza xanımın yaradıcılığı məni maraqlandırmır. Qoy sakitləşsin”, - müğənni ATV-də yayımlanan “10lar” proqramına açıqlamasında deyib.

Geri qayıt