Əsas Səhifə > Güney Press, Araşdırma > “GƏNCLİK”DƏ SÖKÜLƏN EVLƏRƏ KOMPENSASİYA VERİLƏCƏK”

“GƏNCLİK”DƏ SÖKÜLƏN EVLƏRƏ KOMPENSASİYA VERİLƏCƏK”


4-07-2012, 12:17
“GƏNCLİK”DƏ SÖKÜLƏN EVLƏRƏ KOMPENSASİYA VERİLƏCƏK”

İH-DƏN VƏD VERİLDİ

“Mülkiyyət hüququna dair sənədləri qaydasında olan hər bir torpaq sahəsinə 1 kv.metrə görə 1500 manat kompensassiya veriləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Nərimanov rayonu İcra Hakimiyəti başçısının birinci müavini Şahmar İbadov bildirib. Onun sözlərinə görə, Nərimanov rayonunda, metronun “Gənclik” stansiyası yaxınlığında sökülən evlərin sahiblərinə təkcə evə görə deyil, həm də mülkiyyət hüququ olan torpaq sahələrinə də təzminat ödəniləcək.

“Həmin ərazidə yeraltı və yerüstü keçidlər tikiləcək. Sökülən evlərin sahiblərinin hər birinə 1500 manatdan kompensasiya ödəniləcək. Eyni zamanda mülkiyyət hüququ olan torpaq sahəsi varsa, ona da pul ödəniləcək. Oradakı 53 mənzildən 3-nün mülkiyyət sənədi yoxdur. Buna baxmayaraq, ölkə başçısının tapşırığına müvafiq olaraq 1 kvadrat metrə görə 1500 manatdan kompensasiya müəyyən edilib. Həmin evlərin 80%-i sənədsizdir. Orada 80-dək ailə orada yaşayır”.

Geri qayıt