Əsas Səhifə > Gündəm, Manşet > ŞƏKİDƏ MÜƏMMALI İŞDƏN AZAD EDİLMƏLƏR

ŞƏKİDƏ MÜƏMMALI İŞDƏN AZAD EDİLMƏLƏR


4-07-2012, 11:37
ŞƏKİDƏ MÜƏMMALI İŞDƏN AZAD EDİLMƏLƏR

ƏLİ ABBASOV CAHANGİR HACIYEVİN SAXTA DİPLOMLU QOHUMUNU “VURDU”

DİA.AZ: - Şəki Regional poçt filialın rəisi İsmayıl İmanov müəmmalı şəkildə vəzifəsindən azad edilib. Bununla bağlı rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan belə aydın olur ki, əslində Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun özünün Şəkidəki adamından imtinası heç də səbəbsiz olmayıb. Bu məsələdə son günlər populyar olan saxta diplom məsələsi mühüm rol oynayıb.

Redaksiyamıza verilən məlumata görə, birbaşa olaraq nazirin göstərişi ilə vəzifəsindən azad edilmiş İsmayıl İmanov bir müddət əvvəl Səbuhi Rafiq oğlu Mustafazadə adlı bir nəfəri poçt maliyyə xidməti üzrə mühəndis vəzifəsinə işə götürübmüş. Və buradan da qalmaqal başlayıb.

Mənbənin söylədikləri: “Həmin şəxs 2002-2006-cı illərdə artıq qapadılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil alıb. Sonra isə yalnız kiçik bir müəssisədə cəmi 1,5 ay işləyib. Sınaq müddətində Səbuhi Mustafazadə özünü doğrulda bilməyib. Baş idarədən gəlmiş komissiya onun işini və biliyini mənfi qiymətləndirib və o, işdən azad edilib”.

Bu da hamısı deyil. Mənbəmiz bildirir ki, yoxlamalar zamanı həm də aşkar olunur ki onun təqdim etdiyi Əmək kitabçası da saxta olub. Lakin Səbuhi Rafiq oğlu Mustafazadənin "day-dayı"sı yüksək bir vəzifədə işlədiyindən dünənə qədər Şəki Regional poçt filialına rəhbərlik edən İsmayıl İmanov onu işə götürməmə kimi bir lüksə sahib olmayıb. Amma bu ona baha başa oturub. Nazir Əli Abbasovun göstərişi ilə həyata keçirilən yoxlamanın yekunu olaraq, saxta diplomlu işçisi ilə yanaşı, İsmayıl İmanovun özü də vəzifəsini itirib.

ŞƏKİDƏ MÜƏMMALI İŞDƏN AZAD EDİLMƏLƏR
İsmail İmanov

Qeyri-dəqiq məlumatlara görə, Şəki RPF-nin rəisini vəzifəsindən edən Səbuhi Mustafazadənın Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin qohumu olduğu bildirilir. Xatırladaq ki, Cahangir Hacıyevin digər bir qohumu da bu günlərdə Şəkidə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən antivəhabi əməliyyatı zamanı həbs edilmişdi.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt