Əsas Səhifə > Partiya > “DALĞA” DALĞALANIR

“DALĞA” DALĞALANIR


22-10-2011, 12:33
“DALĞA” DALĞALANIR

SABAHA TƏŞKİLAT QURULTAY ÇAĞIRIB

Dalğa Gənclər Hərəkatı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) hərəkatın nizamnaməsinin 4.2.5 bəndinə əsasən növbəti, sayca VI (VII) qurultayını 23 oktyabr 2011-ci ilə təyin edib.

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Dalğa GH VI (VII) Qurultayı əvvəlkilərdən fərqli olaraq növbədənkənar çağrılıb. Qurultay zamanı Dalğa GH-nın “Re-branding” (yenidənqurma) komissiyasının hazırladığı əlavə və dəyişikliklər edilmiş Nizamnaməsi və hərəkatın yeni Əsasnaməsi müzakirəyə və səsverməyə çıxarılacaq. Həmçinin, “Re-branding” nəticəsində baş vermiş digər dəyişikliklər də hərəkat üzvlərinin səsverməsinə çıxarılacaq.

Qurultayda Dalğa GH-nın üzvlərinin, təsübkeşlərinin, beynəlxalq və yerli təşkilat nümayəndələrinin, o cümlədən KİV-in iştirakı gözlənilir.
Dalğa GH-nın VI (VII) Qurultayı saat 14.00-da Diplomat Oteldə baş tutacaq. Qurultaydan sonra 18.00-da Dalğa GH qurultay iştirakçıları və dostları ilə birgə “Re-branding party” keçirəcək.


Geri qayıt