Əsas Səhifə > Ölkə > OLİQARX-MƏMURLAR BÜDCƏNİ ELƏ DƏ TALAYIR, BELƏ DƏ

OLİQARX-MƏMURLAR BÜDCƏNİ ELƏ DƏ TALAYIR, BELƏ DƏ


3-07-2012, 14:15
OLİQARX-MƏMURLAR BÜDCƏNİ ELƏ DƏ TALAYIR, BELƏ DƏ

MƏMUR ŞİRKƏTLƏRİ QANUNLARA TABE OLMUR

Azərbaycanın büdcəsi 20 milyard dollardan çoxdur. Regionda ən böyük büdcəyə malik olan ölkəmizdə xəzinənin doldurulması məsuliyyəti Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin üzərinə qoyulub. Bu ağır məsuliyyətə rəğmən hər iki qurumun adı korrupsiyalaşmış dövlət strukturları arasında öndə gəlir. Bu da sahibkarlar üçün böyük çəntiliklər yaradır.

Azərbaycana mal gətirmək, ixracla məşğul olmaq böyükproblemdir. Komitə monopolistlərin dəyənəyinə çevrilərək iş adamlarına ciddi problemlər yaradır. Hər kəs tariflərdən əlavə böyük haqq ödəməlidir, gətirdiyi məhsulu başqa monopolist şirkətlərin adına rəsmiləşdirməlidir və s.

İqtisadi Tədqiqatlar Mərkəzi yaydığı məlumatda isə komitənin dövriyyəni gizlətdiyi üzə çıxarılmışdı. Məlum olub ki, 2003-2009-cu illərdə 16 ölkə üzrə idxal əməliiyyatında 14 milyard dollardan çox vəsait gizlədilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən 2011-ci ilin 10 ayı ərzində Azərbaycandan Türkiyəyə 399 milyon dollarlıq mal ixrac, Türkiyədən Azərbaycana isə 990 milyon manatlıq (təxminən 1 mlrd 250 mln dollar) mal idxal edilib. Türkiyə Statatistika Qurumunun məlumatları isə xeyli fərqlidir.

Belə ki, 2011-ci il ərzində Türkiyənin Azərbaycana ixracı 33.2 faiz artaraq 2.2 milyard dollar olub. Göründüyü kimi, Azərbaycanın və Türkiyənin açıqladığı rəqəmlər arasındı təxminən 1 milyard dollar fərq var. Doğrudur, Azərbaycan 10 ayın, Türkiyə isə bütün ilin nəticələrini açıqlayıb. Əlbəttə, 10 ay ərzində 1 mlrd 250 mln dollarlıq mal idxal edən Azərbaycanın qalan iki ayda təxminən 1 milyardlıq mal idxal etməsi inandırıcı görünmür. Bu cür kənarlaşma tək Türkiyə ilə deyil, Azərbaycanın tərəfdaşlıq etdiyi bütün ölkələr üzrə mövcuddur.

Yeri gəlmişkən, bununla bağlı başqa bir misal göstərmək olar. Bu gün Almaniya və Dubaydan daşınan avtomobillərin gömrük bəyyənnaməsində real dəyərləri kiçik göstərilir. Belə ki, Almaniyadan gətirilən avtomobilin qiyməti 10 min dollar olduğu halda, onun üzərinə matorun həcminə müvafiq olaraq 25 faizdən çox rüsum qoyulur. Düzdür, bu zaman qanun nəzərə alınmır. Nəticədə, qiymətlər 12500 dollardan baha çıxmağa başlayır. Amma Gömrük Komitəsində həmin maşınları qeydiyyata aldıran zaman əlavə olaraq 1500 dollar da istənilir. Nəticədə, maşının alındığı qiymətin üzərinə onun ümumi dəyərinin düz 50 faizi gəlmiş olur. Əslində, gömrük bəyannaməsində qeyd olunan rəqəmlər də olduqca aşağı yazılır. Amma əvəzində böyük məbləğlər alınır.

Burada başqa bir məsələ də var. Belə ki, maşın satılarkən qiymət kifayət qədər aşağı göstərilir. rəsmi sənədlərdə bunun belə yazılması onunla bağlıdır ki, əgər faktiki satış qiyməti yazılarsa, o zaman maşının rəsmi maya dəyəri ilə satış qiymətə arasındakı fərq vergiyə cəlb edilməlidir. Belə olan təqdirdə isə satıcı həmin pulu qazanmadığı halda büdcəyə ödəməlidir. Bu da böyük məbləğ təşkil edir. Onu qazanc olaraq əldə etmək üçün təbii ki, aşağı qiymətlər göstərilməlidir.

Ölkəyə idxal olunan bütün məhsullarda vəziyyət eynidir. Bu məhsullar bazara çıxarıldıqda gömrükdə sənədləşdirilən qiymətdən 4-5 dəfə baha satıldığının şahidi oluruq. Vergilər Nazirliyi sahibkarın sənədini yoxladıqda anbarda gətirdiyi maldan daha çox məhsul aşkar edir. Bu zaman sahibkarı qaçaqmalçılıqda və sair qanunsuzluqlarda suçlayaraq təzyiqlər göstərir. Bununla mal satanları »stavka»ya oturdur ki, buradan qazancı məmurlar götürür. / Azerinews.org /


Geri qayıt