Əsas Səhifə > Ölkə > İBRAHİMOV QARDAŞLARININ ADASI QEYDİYYATA ALINDI
İBRAHİMOV QARDAŞLARININ ADASI QEYDİYYATA ALINDI3-07-2012, 14:01 |
AZƏRBAYCANDA İLK DƏFƏ Xəzər dənizində "Khazar Islands" süni adalarının tikintisi layihəsi Azərbaycanın vergi оrqanlarında dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində bildirilir. Təsisçi Azərbaycanın "Avesta" konserni "KHAZAR İSLANDS" MMC-ni iyunun 13-də vergi orqanlarında qeydiyyatdan keçirib. Tikintinin ərazisi 2 min hektarı əhatə edir. Layihə "baş" adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin tikililəri və adaları körpülərlə birləşdiriləcək. Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam edir. "Avesta" konserninin prezidenti İbrahim İbrahimovun bir qədər əvvəl jurnalistlərə dediyi kimi, 2020-2025-ci illərdə başa çatdırılması planlaşdırılan layihəyə artıq Amerika, Türkiyə, ərəb və Çin sərmayədarları maraq göstərirlər. Geri qayıt |