Əsas Səhifə > Şou-biznes > “BU, MİSLİ GÖRÜNMƏYƏN BİR LAYİHƏ OLACAQ”

“BU, MİSLİ GÖRÜNMƏYƏN BİR LAYİHƏ OLACAQ”


3-07-2012, 13:09
“BU, MİSLİ GÖRÜNMƏYƏN BİR LAYİHƏ OLACAQ”

“SÖZLƏRİ ƏHMƏD ŞƏFƏQƏ, MUSİQİSİ ÖZÜMƏ AİDDİR”

Həmişə xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən əməkdar artist Tünzalə Ağayeva ilə Samir Piriyev bir araya gələcəklər.

Milli.Az xəbər verir ki, onları birləşdirən misli görünməmiş duetdir.

Tünzalə Ağayevanın sözlərinə görə: “Bu, doğrudan da, misli görünməyən, tamaşaçıların gözləmədiyi bir layihə olacaq. Sözləri Əhməd Şəfəqə, musiqisi özümə aiddir. Samir çox gözəl müğənnidir. Onun özünəməxsus və çox güclü səsi var. Mahnımız hələ tam hazır olmasa da, yaxın müddətdə üzə çıxacaq”.

Əməkdar artist həm də qeyd elədi ki, bu mahnı ilə onlar Türkiyə şou-biznesinə də səs salacaqlar.

Geri qayıt