Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “EVİMİ SÖKƏNLƏR CƏZALANDIRILMAYIB”

“EVİMİ SÖKƏNLƏR CƏZALANDIRILMAYIB”


3-07-2012, 13:05
“EVİMİ SÖKƏNLƏR CƏZALANDIRILMAYIB”

PUBİLİSİST FAİQ İSMAYILOV DİN-DƏN ŞİKAYƏTÇİ DÜŞÜB

Publisist, QHT rəhbəri kimi tanınan Faiq İsmayilovun evinə 13 Mart 2012-ci il tarixdə gündüz saat 15 radələrində 15 nəfər gənc tərəfindən edilən basqının səbəbi hələ də aydınlaşmayıb. F.İsmayılov bildirib ki, şəxsi evinə basqın edənlərin məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görülməsini xahiş edir:

“Onlar evimin qabaq hissəsini yarıya qədər sökdülər su xəttimizi və elektrik xəttimizi sıradan çıxararaq mənə xeyli miqdarda maddi və mənəvi ziyan vurdular. Bu barədə 14.03.2012-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroruna və Daxili İşlər Nazirliyinə rəsmi müraciət edilib dəlillər göndərilsə də, bu məsələ araşdırılmamış qaldı”.

20 ildir Xəzər rayon qaz istismar idarəsinin abunəçisi olmasına baxmayaraq F.İsmayılovun evinə verilən qaz da kəsilib. Xəzər rayon qaz istismar idarəsi rəisinə bir neçə dəfə müraciətimdən sonra onun evini yeni çəkilən qaz xəttinə birləşdirmək qərara alındı. Bu istiqamətdə işə başlansa da yenə bir qrup şəxs peyda olaraq Xəzər Rayon hüquq mühafizə işçilərinin gözləri qarşısında dirəklər aşırdılıb, qaz xətti dağıdılaraq eyni zamanda dövlətə də xeyli miqdarda ziyan vurdular.

Məlumatda qeyd olunur ki, Buzovna qəsəbəsi M.Musayev küçəsində yaşayan 500 ailənin içərisində yalnız F.İsmayılovun ailəsinə təzyiqlər tətbiq edilir.

Geri qayıt