Əsas Səhifə > Partiya > “AYAZ MÜTƏLLİBOV VAXTINDA SÖZÜMƏ BAXSAYDI, DEVRİLMƏZDİ...”

“AYAZ MÜTƏLLİBOV VAXTINDA SÖZÜMƏ BAXSAYDI, DEVRİLMƏZDİ...”


3-07-2012, 12:44
“AYAZ MÜTƏLLİBOV VAXTINDA SÖZÜMƏ BAXSAYDI, DEVRİLMƏZDİ...”

ZƏRDÜŞT ƏLİZADƏ YANA-YANA DANIŞIR

Politoloq Zərdüşt Əlizadə sabiq prezident Ayaz Mütəllibovun siyasətdən və təmsil etdiyi partiya sıralarından getməsinə münasibət bildirib.

Z.Əlizadə Modern.az-a açıqlamasında eks-prezidentin bu addımınını müsbət qiymətləndirdiyini qeyd edib.

“Ayaz Mütəllibov artıq yaşa dolub, statusu da var. Evinə qayıdıb öz həyatını yaşamaq istəyir. O, başa düşür ki, Azərbaycanda siyasətlə məşğul olmağın bir o qədər də əhəmiyəti yoxdur. İndiki durumda özünü siyasətçi adlandıran adamların da siyasətə təsiri sıfıra bərabərdir. Bu baxımdan Ayaz bəy dünya görmüş insan olduğu üçün belə qərar verib.

Vaxtı ilə Ayaz Mütəllibov aktiv siyasətlə məşğul idi. İnsanlara yaxşılıq etmək istəyirdi, ağıllı məsləhətlər verirdi. Ancaq müdrik xalqımız onu başa düşmədi”, - deyə politoloq vurğulayıb.

Ayaz Mütəllibovun prezidentlik dövründə ona yaxın olan Z.Əlizadə eks-prezidentlə bağlı hər hansı məsləhət vermək niyyətində olmadığını deyib:

“Bundan sonra Ayaz Mütəllibovla bağlı məsləhət verməyəcəm. Vaxtında mən ona bir neçə dəfə öz məsləhətlətimi vermişdim. Amma o, mənim məsləhətimə qulaq asmadı və devrildi”

Qeyd edək ki, Ayaz Mütəllibov Azərbaycan Sosial Demokrat Partiyasının XII qurultayına telefonla qatılıb, partiyanın həmsədrliyindən çıxdığını bildirərək, siyasi fəaliyyətdən də getdiyini vurğulayıb.


Geri qayıt