Əsas Səhifə > Şou-biznes > “AJDA 70 YAŞINDA SƏHNƏYƏ ÇIXIB CANLI İFA EDƏ BİLİR”

“AJDA 70 YAŞINDA SƏHNƏYƏ ÇIXIB CANLI İFA EDƏ BİLİR”


2-07-2012, 13:53
“AJDA 70 YAŞINDA SƏHNƏYƏ ÇIXIB CANLI İFA EDƏ BİLİR”

“ONU ÇOX SEVİRƏM”

Brilliant Dadaşova hesab edir ki, heç bir ifaçı türk müğənni Ajda Pekkanla müqayisə oluna bilməz.

Bu barədə B.Dadaşova yerli telekanallardan birinə açıqlamasında deyib.

“Ajda 70 yaşında səhnəyə çıxıb canlı ifa edə bilir. Mən də öz səsimi qorumağa çalışıram ki, o yaşda oxuya bilim”, - o qeyd edib.

Müğənni deyib ki, yeni müğənnilər çətin mahnılar ifa etmirlər.

“Onlar Ajda Pekkanın bir və ya iki mahnısını ifa edə bilərlər, lakin Ajda Pekkan tamam başqa cür ifa edir,” - B.Dadaşova əlavə edib. / Day.az /

Geri qayıt