Əsas Səhifə > Partiya > “BİZ HÖKMÜN LƏĞV OLUNMASINI TƏLƏB EDİRİK”

“BİZ HÖKMÜN LƏĞV OLUNMASINI TƏLƏB EDİRİK”


2-07-2012, 13:50
“BİZ HÖKMÜN LƏĞV OLUNMASINI TƏLƏB EDİRİK”

KEÇMİŞ MƏHBUSLAR ALİ MƏHKƏMƏDƏN BƏRAƏT İSTƏYİR

İyulun 3-də Ali Məhkəmədə keçmiş 2 aprel məhbusları Əhəd Məmmədli və Elnur Məcidlinin şikayətlərinə baxılacaq. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidli müxalif İctimai Palatanın 2011-ci ilin aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs olunublar. Nəsimi Rayon Məhkəməsi Əhəd Məmmədlini 3 il, Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum edib. Əhəd Məmmədli əfv olunub, Elnur Məcidli isə məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa çıxıb.

Əsabəli Mustafayev bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxladığına görə Ali Məhkəməyə müraciət ediblər: “Biz hökmün ləğv olunmasını, Əhəd Məmmədli və Elnur Məcidliyə bəraət verilməsini tələb edirik”.

Geri qayıt