Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BEYLƏQANDA “BİR MİLLƏT, İKİ DÖVLƏT”Ə TƏCAVÜZ

BEYLƏQANDA “BİR MİLLƏT, İKİ DÖVLƏT”Ə TƏCAVÜZ


2-07-2012, 13:41
BEYLƏQANDA “BİR MİLLƏT, İKİ DÖVLƏT”Ə TƏCAVÜZ

İCRA BAŞÇISI BU ADDA BULAĞI SÖKDÜRÜR

Beyləqan rayon İcra Hakimiyyətinin başcısı Vaqif Abdullayevin Türk zabitlərin maliyyə dəstəyi ilə bu rayonda inşa edilən “Bir millət, iki dövlət” adlı bulaq kompleksini sökdürür. İcra başçısının bu addımı və apardığı digər söküntü işləri əhalini qəzəbləndirib. Bu barədə Gunxeber.com-a bir qrup Beyləqan sakini məlumat verib.

“Bir millət, iki dövlət” adlanan bulaqdan isə əsasən rayonun mərkəzində yaşayan insanlar istifadə ediblər.

Xatırladaq ki, “Bir millət, iki dövlət” adlanan xatirə bulağı 2005-ci ildə Beyləqan rayonuna qonaq gələn bir qrup Türkiyəli zabitin maliyə dəstəyi ilə inşa edilib. Məqsəd rayon mərkəzinə yaxın ərazidə yaşayan insanların içməli su təlabatını ödəmək olub. Bu bulaq həm də Beyləqanda qardaşlıq rəmzi kimi tanınır.

Anar Zeynalov adlı sakin deyir ki, yaşadıqları ev rayonun mərkəzinə yaxın olduğundan, hər gün bu bulağın qarşısından keçir: “Əvvələr gəlib buradan içməli su aparırdıq. Bir müddətdi bulaq istifadəyə yarasız vəziyyətdə idi. İndi də bulağı təmir etmək əvəzinə onu söküblər. Bu dəhşətdi. Bulaq kompleksinin üzərinə hər iki dövlətin bayraqları həkk edilmişdi. Bu dövlətimizə, millətimizə qarşı hörmətsizlikdir”.

Məhəmməd İsmayılov adlı sakin bulağın sökülməsində rayon rəsmilərin günahlandırır. “Bu bulaq xatirə kimi tikilib. Türkiyəli zabitlərin maliyə dəstəyi ilə. Yeni təyin olunan icra başcısı Vaqif Abdullayev bulağı sökdürüb. Eşitmişik ki, buralarda təzə obyek tikirlər. Bu böyük bir hörmətsizlikdir”.

Rayon sakinlərinin içməli su mənbəyi kimi istifadə etdiyi bulağın taleyinin necə olacağını vəzifəsini təhvil vermiş köhnə “məmurla” söhbətləşdik: Fikrət Abdullayevin sözlərinə görə, “Bir millət, iki dövlət” bulağının təmir edilməsi nəzərdə tutulurmuş: “Bulağın arxa tərəfində tikinti aparıldığından, bu ərazilərdə acınacaqlı vəziyyət yaranıb. Ümüd edirik ki, bulaq yenidən tikilər”.

Məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətinin başcısının köməkcisi Tofiq Məmmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, “Bir millət, iki dövlət” adlı bulaq kompleksinin sökülməsinə səbəb onun ayaqyoluna çevrilməsi olub: “Bulağın hər iki tərəfində qadınların paltaryuması üçün qapalı yer düzəltmişdilər. Yoldan keçənlər də öz təbii ehtiyacların ödəmək məqsədi ilə bulağın qapalı yerinə üz tuturdular. Çox güman ki, yenisi tikiləcək. Söküntü işlərindən icra başçısının xəbəri var”.


Geri qayıt