Əsas Səhifə > Ölkə > KEÇMİŞ PREZİDENTİMİZ VƏTƏNƏ QAYIDIR
KEÇMİŞ PREZİDENTİMİZ VƏTƏNƏ QAYIDIR2-07-2012, 13:15 |
AYAZ MÜTƏLLİBOV 10 İYUNDA BAKIDA OLACAQ Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov iyulun 10-a kimi Bakıya gələcək. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Modern.az saytına açıqlamasında bildirib. A.Əlizadə qeyd edib ki, eks-prezident Moskvada işlərini həll edərək vətənə dönməyə hazırlaşır. “Mən Ayaz bəylə demək olar ki, hər gün əlaqə saxlayıram. Onun Moskvada həll ediləsi bir çox işləri var. Onları həll etdikdən sonra bu ayın 10-a kimi vətənə dönəcək. Konkret deyə bilmərəm ayın neçəsi gələcək”. Qeyd edək ki, sabiq prezident Ayaz Müttəllibov ASDP həmdəsrliyindən və siyasi fəaliyyətdən getdiyi açıqlayaraq Bakıya döndükdən sonra şəxsi həyatına vaxt ayıracağını bildirib. Geri qayıt |