Əsas Səhifə > Dünya > “BU DƏFƏ DƏ NƏTİCƏ ƏLDƏ EDİLMƏSƏ”...

“BU DƏFƏ DƏ NƏTİCƏ ƏLDƏ EDİLMƏSƏ”...


2-07-2012, 12:56
“BU DƏFƏ DƏ NƏTİCƏ ƏLDƏ EDİLMƏSƏ”...

“BEYNƏLXALQ İCTİMAİYYƏT ETİBARINI İTİRƏR”

Suriya artıq Türkiyə üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

SalamNews-un “Zaman”a istinadla verdiyi xəbərə görə, Davudoğlu Cenevrədə keçirilən Suriya sammitindən vətənə dönərkən təyyarədə jurnalistlərə açıqlama verib.

Suriyanın Türkiyə üçün milli təhlükəsizlik məsələsinə çevrildiyini vurğulayan Davudoğlu deyib: “Əgər bu dəfə də nəticə əldə edilməsə, beynəlxalq ictimaiyyət etibarını itirər. Tunelin sonundakı işığı Suriya xalqına göstərməliyik. Tunelin içində dayanıb işıqlığın faydalarından bəhs etmək olmaz”.

Təyyarə mövzusunun gündəmə gəlmədiyini deyən Davudoğlu, bu məsələni xüsusilə gündəmə gətirmədiyini, amma dolayısı ilə “bu bizim milli təhlükəsizlik məsələmizdir” dediyini qeyd edib. Davudoğlu “Wall Street Journal”ın xəbərinə şərh verməkdən imtina edib: "Mən belə beyanatlara cavab vermirəm”.


Geri qayıt