Əsas Səhifə > Hadisə > ŞOK: ZAQATALADA REAKTİV MƏRMİ TAPILIB

ŞOK: ZAQATALADA REAKTİV MƏRMİ TAPILIB


2-07-2012, 11:06
ŞOK: ZAQATALADA REAKTİV MƏRMİ TAPILIB

BU MƏRMİ AĞIR HƏRBİ TEXNİKALARI MƏHV EDİR

Zaqatala rayonunda təhlükəli hərbi sursat tapılıb. Bu barədə Zaqatala Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, rayonun göyəm kəndi ərazisində, ağır hərbi texnikaları məhv etmək üçün nəzərdə tutulan, 1 ədəd “S8-KO” tipli reaktiv mərmi tapılıb.

Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Partlayıcı qurğu təhlükəsiz əraziyə köçürülüb.

Faktla bağlı araşdırma aparılır. / apa /

Geri qayıt