Əsas Səhifə > Güney Press, Araşdırma > “DEYİRLƏR, SÜRÜŞMƏ ZONASIDIR. AMMA YERİNDƏ VİLLA TİKİRLƏR”

“DEYİRLƏR, SÜRÜŞMƏ ZONASIDIR. AMMA YERİNDƏ VİLLA TİKİRLƏR”


2-07-2012, 10:44
“DEYİRLƏR, SÜRÜŞMƏ ZONASIDIR. AMMA YERİNDƏ VİLLA TİKİRLƏR”

ŞAMAXIDA AKSİYA BAŞLADI

Şamaxının Muğanlı kəndinin bir qrup sakini Bakı-Qazax yolunu kəsib.

Sakinlərin “Qafqazinfo”ya verdikləri məlumata görə, buna səbəb onlara məxsus pay torpaqlarının qeyri-qanuni əllərindən alınması olub: “Bizə verilən pay torpaqları xəbərimiz olmadan Şamaxının icra başçısı tərəfindən satılıb. Nə kompensasiya verirlər, nə də əvəzində torpaq. Bizdən alıb Günəşli kəndinə veriblər. Deyirlər ki, ora sürüşmə zonasıdır. Amma yerində villalar tikirlər”.

Sakinlər onu da bildiriblər ki, yolu bağlamaqla etdikləri etiraz aksiyası da nəticə verir. Polislər aksiyanı dağıtmağa çalışırlar.

Geri qayıt