Əsas Səhifə > Siyasət, Manşet > ÖLKƏ ÜZRƏ YENİ BAHALAŞMA BUMU GÖZLƏNİLİR

ÖLKƏ ÜZRƏ YENİ BAHALAŞMA BUMU GÖZLƏNİLİR


2-07-2012, 10:39
ÖLKƏ ÜZRƏ YENİ BAHALAŞMA BUMU GÖZLƏNİLİR

OLİQARX-MƏMURLAR ƏSASƏN, ƏRZAQ MALLARININ QİYMƏTİNİ QALDIRACAQ

DİA.AZ: - Bütün ölkə miqyasında yeni bahalaşma bumu gözlənilir. Bununla bağlı həyəcan təbili çalan yerli ekspertlərin sözlərindən belə aydın olur ki, əslində «Avroviziya» yarışmasının ardından belə bir prosesin baş verəcəyi proqnozlaşdırılırdı. Amma yay fəsli ilə əlaqədar meyvə-tərəvəzin qiymətinin ucuzlaşması, gözlənilən böhranın bir qədər ertələnməsinə təbii formada təsir göstərmiş oldu.

Amma buna rəğmən oliqarx-məmurların qiymətləri qaldırma məsələsində israrlı olmaları barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələr tərəfindən məlumat ötürülüb. Xəbəri verən mənbənin sözlərindən belə aydın olur ki, «Avroviziya» yarışması boyunca oliqarx-məmurlar çox ciddi şəkildə maliyyə itkisinə uğradılar:

«Sirr deyil ki, tələm-tələsik şəkildə həyata keçirilən inşaat işlərində oliqarx-məmurlarımızın böyük əksəriyyti maliyyə qaynağı rolunda çıxış etdilər. Yəni xərclər rəsmən büdcədən və müxtəlif rəsmi maliyyə mənbələrindən ayrılsa da, həmin pulları oliqarx-məmurlar ödədilər. O da sirr deyil ki, bu gün hər bir oliqarx-məmur eyni zamanda müxtəlif iqtisadi sektorlara nəzarət edirlər. Təbii ki, onlar pul xərcləyiblərsə, həmin pulları da çıxarmalıdırlar. Və bu zaman da zərər görəni, ziyana düşəni sıravi vətəndaşlar olacaq».

Mənbəmiz onu da bildirdi ki, oliqarx-məmurlar avqust ayından müxtəlif sektorda bahalaşmaya gedəcəklər: «İnşaat malları sektorunda əsas bahalaşma gözlənilirö. Eyni zamanda siqaret biznesində qiymətlər qalxacaq. Halbuki bu günlərdə siqaretlərin qiymətində bahalaşma müşahidə olunmuşdu. Dərman biznesində də qiymətlərin qalxması gözlənilir. Elə buradan «Avroviziya» dövründə hansı məmurun külli miqdarda pul xərclədiyini müəyyən etmək olar. Yəni narahat olanı, elə pul xərcləyənidir».


Geri qayıt