Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞABƏY ƏSGƏROV ƏVƏZ ZEYNALLIYA QARŞI
AĞABƏY ƏSGƏROV ƏVƏZ ZEYNALLIYA QARŞI2-07-2012, 10:27 |
NƏŞRİYYATIN DİREKTORU “ZƏRƏRÇƏKMİŞ” QİSMİNDƏ Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyulun 2-də saat 11.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək. Bu dəfə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək. CM-nin 306-cı maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı zərərçəkmiş qismində çıxış etmək üçün məhkəməyə “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun gələcəyi gözlənilir. Hakim Ramella Allahverdiyeva dəfələrlə xəbərdarlıq edib ki, “zərərçəkmişlər”, o cümlədən də Ağabəy Əsgərov məhkəməyə gəlmədiyi və Azərbaycan qanunlarına hörmətsiz yanaşdığı təqdirdə məhkəmə onun haqqında “məcburi gətirilmə” qərarını çıxaracaq. A.Əsgərov ona tanınan müddəti istifadə etdiyi üçün mütləq şəkildə məhkəməyə gələrək, istintaqa verdiyi ifadəni təsdiq etməlidir. Xatırladaq ki, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərli artıq məhkəmə qarşısında ifadə veriblər. QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir. Geri qayıt |