Əsas Səhifə > Hadisə > BAKIDA BİR GÜNDƏ 2 İNTİHAR

BAKIDA BİR GÜNDƏ 2 İNTİHAR


2-07-2012, 10:23
BAKIDA BİR GÜNDƏ 2 İNTİHAR

25 YAŞLI QIZ, 42 YAŞLI QADIN ÖZLƏRİNƏ QƏSD ETDİLƏR

Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib.

Hadisə rayonun Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 9, mənzil 58 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı Nərgiz Ələsgər qızı Məmmədova 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda daha bir intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən rayonun M. Muxtarov küçəsi, 81 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 42 yaşlı Zərifə İkram qızı Abdullayeva yaşadığı evdə özünü asıb.

Polisdən həmçinin bildirilib ki, Z. Abdullayeva qızıl alverçisi olub. Yaxınlarının dediyinə görə, onun xeyli miqdarda borcu varmış. İlkin ehtimala görə Z. Abdullayeva borcu ödəyə bilmədiyi üçün bu addımı atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Geri qayıt