Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞƏMKİRİN İCRA BAŞÇISI DA HƏRƏKƏTƏ KEÇİB

ŞƏMKİRİN İCRA BAŞÇISI DA HƏRƏKƏTƏ KEÇİB


1-07-2012, 17:23
ŞƏMKİRİN İCRA BAŞÇISI DA HƏRƏKƏTƏ KEÇİB

RAYONA AYRILAN VƏSAİTİN TƏN YARISI QƏDƏRİNDƏ RÜŞVƏT YIĞILIR

DİA.AZ: - Şəmkir-Kür qəsəbəsi yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir. Xəbərə görə, yolun təmiri üçün Prezident İlham Əliyevin sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb.

On iki kəndi birləşdirəcək 12 kilometrlik yolda işlərin yarıdan çoxu yekunlaşıb. Qalan işlərin ilin sonunadək başa çatdırılacağı gözlənilir.

ŞƏMKİRİN İCRA BAŞÇISI DA HƏRƏKƏTƏ KEÇİB

Onu da bildirək ki, Şəmkir-Kür yolunun təmiri işi nəqliyyat nazirliyin kurasiyasından alınıb. Bu barədə DİA.AZ-a məlumat verən rayondakı qaynaqların sözlərinə görə, əslində nazirlik həmin işi götürmək istəsə də, yerli icra hakimiyyəti daha çevik tərpənib.

Xatırladaq ki, Bakıda da anoloji proseslər müşahidə olunmaqdadır. Artıq yolların asfaltla döşənməsi işinə Bakı şəhər İcra Hakimiyyəti məşğuldur ki, bu da Ziya Məmmədov üçün böyük zərbə hesab olunur.

Şəmkirə gəlincə isə, bu barədə məlumatı verən mənbə bildirir ki, Şəmkir-Kür qəsəbəsi yolunun bərpasına 3 milyon manat ayrılsa da, rayona həmin vəsaitin ancaq tən yarısı çatıb: «Əslində bu pulla da yolda təmir işlərini başa çatdırmaq olar. Amma icra başçısı Nazim Veysov ələ düşən fürsəti fövtə vermək niyyətində deyil. Odur ki, Şəmkirdə də bu ilin fevral ayından etibarən yolun inşası ilə əlaqədar pultoplama kampaniyası başlayıb».

Bildirək ki, sözügedən yolun bərpasına da maliyyə vəsaiti elə fevral ayında ayrılıb. Elə həmin andan hərəkətə keçən icra başçısının artıq külli miqdarda gəlir əldə etdiyi də söylənilir. Bu isə o deməkdir ki, əslində rayonlara pulların ayrılması xəbəri yerli idarə müdirləri və sahibkar üçün heç də şad xəbər deyil. Çünki elə qəbul olunur ki, əslində prezident tərəfindən nə qədər pul ayırılırsa, deməli, icra başçıları da həmin pulun yarısı qədərində məbləği yerli iş adamları və müəssisə rəhbərlərindən toplamalıdırlar. Eynən Şəmkirdə olduğu kimi…


Geri qayıt