Əsas Səhifə > Cəmiyyət, Manşet > BADAMDARDA QƏDDAFİYƏ EHSAN VERİLƏCƏK

BADAMDARDA QƏDDAFİYƏ EHSAN VERİLƏCƏK


21-10-2011, 16:45
BADAMDARDA QƏDDAFİYƏ EHSAN VERİLƏCƏK

BAKILI SAHİBKAR DİKTATORUN ÖLÜMÜNDƏN TƏSİRLƏNİB

DİA.AZ: - Məlum olduğu kimi 42 il Liviyaya rəhbərlik edən Müəmmər Qəddafi dünən qətlə yetirildi. Və bildirək ki, daha bir diktatorun məşəqqətli sonu bütün dünyanın diqqət mərkəzindədir.

Amma hər kəs bu olaylara eyni gözdən baxa bilmir. Bəzən elə olur ki, insanlıq duyğuları hətta köhnədə baş verən eybəcərlikləri, qarşındakı şəxsin kimliyini belə unutdurur.

Bu hal Səddam Hüseyn kimi qəddar bir türk düşməninin asıldığı zaman da insanlarımızda yaranmışdı indi də.

Elə “Dünya” İnformasiya Agentliyi redaksiyasına müraciət edən Bakı sakini Elşən Mirzəliyev də Qəddafinin öldürülməsindən təsirləndiyini söyləyir:

“Mən Bakıda yaşayıram. Özümün kiçik bir mebel sexim var. Bildirmək istəyirəm ki, Qəddafinin vəhşicəsinə qətlə yetirilməsi mənə pis təsir edib. Söhbət onun kimliyindən, onun öz xalqı ilə rəftarının necəliyindən getmir. O pis idisə belə, bir insan idi”.

E.Mirzəliyev onu da bildirdi ki, sabah saat 6-da Badamdar qəsəbəsində, magistral yolun üstündə Qəddafiyə 3 mərasimi verəcək: “Artıq bütün hazırlıqları görmüşəm. Və onun ruhuna ehsan mərasimi təşkil edəcəm”.

Geri qayıt