Əsas Səhifə > Dünya > YAPONİYADA AES-LƏR İŞƏ SALINIR

YAPONİYADA AES-LƏR İŞƏ SALINIR


1-07-2012, 16:32
YAPONİYADA AES-LƏR İŞƏ SALINIR

NÜVƏ REAKTORLARININ İŞİNİN BƏRPASI ETİRAZLARA SƏBƏB OLUB

Yaponiyada "Fukusima-1" atom-elektrik stansiyasında baş verən qəzadan sonra ilk dəfə atom-elektrik stansiyası işə salınıb. Ölkənin bağlanmış nüvə reaktorlarından ilk olaraq Fukui prefekturasındakı "Oi" atom-elektrik stansiyasının işini bərpa edilib. Həmin stansiyanın yaxınlığında etiraz aksiyası keçirilib. Onlarla nüvə əleyhdarı hökuməti atom enerjisindən imtina etməyə çağırıb.

Xatırladaq ki, 2011-ci ilin martında baş vermiş zəlzələ və sunamidən sonra "Fukusima-1" atom-elektrik stansiyasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Yaponiyanın 54 nüvə reaktorunun hamısı təhlükəsizlik tədbirlərinin görülməsi üçün bağlanmışdı. Rəsmilər nüvə reaktorlarının işinin bərpasını Yaponiyada elektrik enerjisi qıtlığının yaranması təhlükəsi ilə izah ediblər.

Geri qayıt