Əsas Səhifə > Sosial, Manşet > İRANDAN AZƏRBAYCANA NÖVBƏTİ İTTİHAM

İRANDAN AZƏRBAYCANA NÖVBƏTİ İTTİHAM


1-07-2012, 16:20
İRANDAN AZƏRBAYCANA NÖVBƏTİ İTTİHAM

MÜNAFİQLƏRDƏN 700 NƏFƏRİ AZƏRBAYCANIN RAYONLARINDA MƏSKUNLAŞIB

DİA.AZ: - Fars-molla rejimi nəhayət ki, Azərbaycana qarşı əkstəbliğat kampaniyasında atəşkəsi pozmaq qərarını verib. Neçə müddətdir ki, Tehran hakimiyyəti tərəfindən girov saxlanılan gənc şairlərimizlə bağlı bizləri təhdid edən fars-molla rejimi, indi də ölkəmizə qarşı ittihamlar səsləndirirlər.

DİA.AZ olaraq bildiririk ki, əslində, bütün bunlar gözlənilən idi. Yəni bu gün aşkar surətdə Ermənistana dəstək verən İranın nə zamansa Azərbaycana qarşı dost münasibət sərgiləməsinə ümidli olmaq ən azından ağılsızlıq. Çünki fars-molla rejimi, ümumiyyətlə müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilmir və dəfələrlə İranın ayrı-ayrı rəsmi dilləri hətta ölkəmizə qarşı ərazi iddiasında da bulunublar. Belə olan təqdirdə onların mətbu atəşkəslərinin də müvəqqəti olacağı gözlənilən idi. Beləliklə, İran mətbuatında yer alan növbəti antiAzərbaycan ruhlu materialı diqqətinizə çatdırırıq:

«Təl-Əvivin kəşfiyyat və casusluq rəsmilərinin birbaşa tapşırığı ilə terrorçu "Münafiqlər qruplaşması"nın nümayəndəsinin Azərbaycana gəlişi bu ölkəni terrorçular üçün təhlükəsizlik bir məkana çevirmək məqsədilə qurulan böyük planın icrasının ilk addımlarından xəbər verirdi.

AranNews - Münafiqlərin müəyyən bir çərçivə əsasında İraqdan çıxarılması prosesi başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist rejimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi".

Təl-əvivin kəşfiyyat və casusluq rəsmilərinin birbaşa nəzarəti ilə terrorçu "Münafiqlər qruplaşması"nın nümayəndəsinin Azərbaycana gəlişi bu ölkəni terrorçular üçün təhlükəsizlik bir məkana çevirmək məqsədilə çəkilən böyük planın icrasının ilk addımlarından xəbər verirdi.

AranNews-in məlumatına əsasən, İsrail rejiminin rəsmilərinin AR-nın yüksək rütbəli rəsmiləri ilə geniş müzakirələrindən sonra "Münafiqlər qruplaşması"nın üzvlərindən bir çoxunun bu ölkədə yerləşdirilməsi barədə razılıq əldə olunub və bu məqsədlə 2011-ci ildə münafiqlərdən 700 nəfəri 20 avtobusda İraqdan çıxarıldı, lakin bu qrupun adı terrorçular qrupları sırasında olduğu üçün onların hava yolu ilə köçürülməsi mümkün olmadı. Ona görə də Mossadın İraqın Kürdüstan muxtariyyəti və Türkiyənin təhlükəsizlik orqanları ilə müzakirələrindən sonra Kürdüstan, Türkiyə, Gürcüstandan keçməklə Azərbaycanın Gəncə şəhərinə gətiriliblər».

Geri qayıt