Əsas Səhifə > Ölkə, Manşet > İRAN GİROV ŞAİRLƏRİMİZİ EDAM EDƏ BİLƏRMİ?

İRAN GİROV ŞAİRLƏRİMİZİ EDAM EDƏ BİLƏRMİ?


29-06-2012, 14:07
İRAN GİROV ŞAİRLƏRİMİZİ EDAM EDƏ BİLƏRMİ?

FARS-MOLLA REJİMİ BU MƏSƏLƏDƏN SUİ-İSTİFADƏ ETMƏYƏ ÇALIŞIR

DİA.AZ: - Xatırladaq ki, iyunun 28-də İran saytları - “Arannews.ir” və “Rajanews.com” bu ölkədə tutulmuş iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verib. “Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçaqmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar. “Rajanews.com” eyni zamanda gənc şairlərin İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu iddia edib.

Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il mayın 2-də Təbrizdə tutulublar. Onlar İrana poeziya bayramında iştirak üçün gediblər. Və rəsmi Tehranın dövriyyəyə buraxdığı informasiyaların mahiyyətindən belə aydın olur ki, girov saxlanılan şairlərimizi İranda edam cəzası gözləyir.

Onu da bildirək ki, bu məsələ ilə əlaqədar Azərbaycanın xarici siyasət idarəsi fars-molla rejiminə növbəti notasını ünvanlayıb və gözlənilir ki, şairəlrmizlə bağlı İrandan hər hansı formada rəsmi izahat veriləcək.

Amma bu arada redaksiyamıza olduqca ilginc bir məlumat daxil olub. Mötəbər mənbələrdən bildirilənə görə, əslində İran girov saxladığı şairəlrmizlə manipulyasia etməkdədir və son olaraq onları edam gəzasının gözləməsi barədə ortaya atılan iddialar da sözügedən manipulyasiyalara rəvac verməkdədir.

Xatırladaq ki, ilk əvvəl İranın Azərbaycandakı səfirliyi adından şairlərimizin saxlanma səbəbi kimi onların sənədlərinin qaydasında olmaması faktı göstərilmişdi və qeyd olunurdu ki, əgər rəsmi Bakı müvafiq qaydada müraciət edərsə, onlar Azərbaycana təhvil verilə bilər. Hətta bu sözləri Bakıdakı qohumları ilə əlaqə saxlayan şairlərimizin özləri də bildirmişdilər.

Amma sonradan ortaya edəm təhdidi atıldı ki, burada da konkret məqsəd var. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, burada İranın məqsədi girov götürülən şairlərimizin azadlığa buraxılmasının müqabilini ummasıdır: «Məlumdur ki, İranın xüsusi xidmət orqanları üçün mühüm bir neçə sima bu gün müxtəlif ittihamlarla Azərbaycanda məhbus həyatı yaşayırlar. Onlardan biri də «Səhər» telekanalının əməkdaşı Anar Bayramlıdır».

Mənbəmiz idda edir ki, İran dolayı yollarla rəsmi Bakıya Anar Bayramlının və daha bir neçə iranyönlü simanın azadlığa buraxılması təklifini yollayıb: «Və bildirilib ki, yalnız bundan sonra şairlər azadlığa çıxa bilər».

Qeyd edək ki, elə dünən İranın “Səhər” televiziyasının Azərbaycan müxbiri Anar Bayramlıya Binəqədi Rayon Məhkəməsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilib. Vəkili Anar Qasımlı deyib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, iyunun 11-də Anar Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib.

Fevralın 17-də həbs olunan Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

Reaksiyamıza daxil olan son məlumatlara görə isə, Anar Bayramlı ilə bağlı təkrar şikayətin verilməsi də İrandan gələn təkliflərin müzakirəsi ilə bağlıdır: «Hələlik rəsmi Bakı sözünü deməyib. Ona görə də İran tərəfi vəziyyəti daha da gərginləşdirmə yolunu seçərək, girov saxladığı şairlərimizi edam edə biləcəyi versiyasını da ortaya atıb».


Geri qayıt