Əsas Səhifə > Siyasət, Manşet > ELDAR HƏSƏNOV NƏDƏN BAKIYA GƏLƏ BİLMƏDİ?

ELDAR HƏSƏNOV NƏDƏN BAKIYA GƏLƏ BİLMƏDİ?


29-06-2012, 13:24
ELDAR HƏSƏNOV NƏDƏN BAKIYA GƏLƏ BİLMƏDİ?

KEÇMİŞ BAŞ PROKURORUN ARZULARINI RAMİZ MEHDİYEV PUÇ EDİB

Bir müddət əvvəl mətbuatda belə bir xəbər yaıldı ki, keçmiş baş prokuror, hazırda ölkəmizi Rumıniyada səfir kimi təmsil edən Eldar Həsənov Bakıya yeni yüksək vəzifəyə gətirilir. Bildirək ki, çox keçmədi bu məlumatların heç bir əsasının olmadığı aydın oldu. Amma ortaya başqa bir fakt çıxdı. Məlum oldu ki, əslində Eldar Həsənovun belə bir niyyəti var, amma «yuxarılardan» buna ciddi şəkildə mane olunub.

Qeyd edək ki, dünən sözügedən istiqamətdən redaksiyamıza yeni faktlar daxil olub. Keçmiş baş prokurora yaxın çevrələrdən DİA.AZ-a ötürülən məlumatlardan belə aydın olur ki, Eldar Həsənov prezidentin Rumıniyaya səfəri zamanı dövlət başçısına Bakıya dönmə niyyətində olduğunu və bu məqsədlə prezidentin məsləhət bildiyi, istənilən bir vəzifədə çalışa biləcəyini bildirib.

Mənbəmizin söylədikləri: «Prezident Eldar Həsənovu dinlədikdən sonra onun arzusunu nəzərə alacağını bildirib. Amma sonradan Eldar Həsənova heç bir vəzifə təklifi edilməyib və ümumiyyətlə, bu barədə Rumıniyadakı səfirlə hər hansı danışıq da aparılmayıb. Bu isə sabiq baş prokurorda bir sıra gümanlar yaradıb».

Məlumatlara görə, istəyinin gerçəkləşmədiyini görən Eldar Həsənov Bakıdakı adamları ilə əlaqə saxlayıb və məsələnin nə yerdə olduğunu dolayı yollarla öyrənməyə çalışıb: «Bu zaman ona bildirilib ki, sənin Bakıda yenidən vəzifə almn qeyri-mümkündür. Nə zamana qədər ki, Ramiz Mehdiyev vəzifə başındadır».

Xatırladaq ki, Eldar Həsənovun o zamanlar baş prokuror görəvindən alınmasında da Ramiz Mehdiyevin müstəsna rolunun olduğu söylənilirdi. Hətta Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev Eldar Həsənovu gözdən salmaq üçün «OMON» hadisələri ilə bağlı çəkilən məşhur filmdə də keçmiş baş prokuror barəsində hiyləgər obrazının yaradılması göstərişini vermişdi.

İndi isə məlum olur ki, PA rəhbəri yenidən Eldar Həsənovu Bakıya gətirəcək yolların qarşısına daş atıb…


Geri qayıt