Əsas Səhifə > Hadisə > AMERİKADAN AZƏRBAYCANA ŞOK ZƏRBƏ

AMERİKADAN AZƏRBAYCANA ŞOK ZƏRBƏ


29-06-2012, 13:00
AMERİKADAN AZƏRBAYCANA ŞOK ZƏRBƏ

ÖLKƏMİZƏ ABŞ-DAN SİLAH ALMA YASAĞI QOYULDU

ABŞ dövlət departamenti Azərbaycanı bu ölkədən hərbi texnika almaq hüququ verən ölkələr siyahısından silib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu addım bir müddət əvvəl ABŞ nümayəndələr palatasının üzvləri Adam Şiff, Bred Şerman, palatanın xarici işlər üzrə komitəsindən olan demokrat Hovard Berman və Konqressin Erməni qrupunun həmsədri Frenk Pallonenin ABŞ dövlət katibi Hillari Klintonu Azərbaycana silah satışını dayandırmaqla bağlı çağırışlarına cavab kimi dəyərləndirilir.

Konqresmen Berman iyunun 27-də dövlət departamentindən rəsmi xəbərdarlıq aldıqdan sonra verdiyi bəyanatında bildirib ki, dövlət katibi Klintonun bu qərarı erməni xalqının və regionda sülhün marağındadır.

Amerikanın Erməni milli konqresinin hökumətlə əlaqələr üzrə direktoru Keyt Naapetyan bununla bağlı konqresmen Bermana təşəkkürünü bildirib: “Biz konqresmen Bermana silah satışının dayandırılması ilə bağlı təklifə dərhal reaksiya verdiyi üçün təşəkkür etmək istəyirik. Xüsusən də, Əliyev hakimiyyətinin dövlət katibi Klintonun Qafqaza səfəri zamanı Ermənistan və Dağlıq Qarabağa hücumlarını nəzərə almaq lazımdır”.

Xatırladaq ki, dövlət katibi Klintona mayın 29-da konqresmen Berman ABŞ-ın Azərbaycana silah satışını qanunsuz hesab edərək, 907-ci düzəlişə qoyulan məhdudiyyətləri gücləndirməyə çağırmış və bununla bağlı məktub göndərmişdi.


Geri qayıt