Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOVU ZİYA MƏMMƏDOV «VURUR»

CAVİD QURBANOVU ZİYA MƏMMƏDOV «VURUR»


29-06-2012, 12:56
CAVİD QURBANOVU ZİYA MƏMMƏDOV «VURUR»

SON GÜNLƏR «AZƏRAVTOYOLSERVİS» ŞEFİNƏ QARŞI KAMPANİYA GÜCLƏNİB

DİA.AZ: - Hələ xeyli əvvəl məlumat verərək bildirmişdik ki, «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanov nəqliyyat naziri Ziya Məmmədovun hədəfinə çevrilə bilər. Buna səbəb kimi isə Cavid Qurbanovun fövqəladə hallar naziri Kəmaləddin Heydərova biət etməsini göstərmişdik.

Belə ki, təxminən keçən ilin ortalarından etibarən start götürən bu əlaqələrdən gec də olsa xəbər tutan Ziya Məmmədov artıq yerini tam olaraq möhkəmlətdikdən sonra Cavid Qurbanovla da haqq-hesab çəkməyə başlayıb. Mənbəmizin söylədikləri: «Cavid Qurbanovun Ziya Məmmədova qarşı FHN şefinin açdığı cəbhədə yer alması və ASC şefinin hətta keçən ilin sonlarınla NN-nə qarşı təşkil olunan sürücü qiyamlarının təşkilində də maraqlı olduğu tam olaraq təsdiqlənib. Hətta Ziya Məmmədova konkret dəlil-sübutlar da təqdim olunub ki, bundan sonra da nəqliyyat naziri dünənə qədər özünə sədaqətli bildiyi Cavid Qurbanovu komandasından dışlamaq qərarını verib».

Amma məsələ heç də göründüyü kimi sadə deyil. Bu barədə DİA.AZ-a məlumatı verən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Cavid Qurbanov birbaşa olaraq şəxsən Kəmaləddin Heydərovun himayəsi altına girdiyindən hətta NN şefi onunla bağlı hansısa ölçünü götürməkdə də çətinlik çəkir: «Hər halda, «yuxarılara» Cavid Qurbanovun nədən vəzifəsindən azad edilməsinin səbəbləri konkret şəkildə izah olunmalıdır. Burada «Ziya Məmmədova qarşı gedir» faktoru heç də önəm daşımır. Ona görə də NN rəhbərliyi Cavid Qurbanovu ilk əvvəl mətbu müstəvidə gözdən salma qərarını verib».

Xatırladaq ki, bir neçə gün əvvəl yerli mətbuata Cavid Qurbanovun prezidentin qonaq evini mənimsəməsi haqda ilgincğ faktlar ötürüldü. Əslində, kifayət qədər faktlara söykənən bu hadisənin işıqlandırılmasında sən demə, NN rəhbərliyinin maraqları olub ki, bu yolla da Cavid Qurbanov barəsində həm cəmiyyətdə və həm də hakimiyyətin üst düzəyində mənfi rəyin yaradılmasına çalışılıb.

Geri qayıt