Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QASIMOVA İSPANLARA AZARKEŞLİK EDİR

İLHAMƏ QASIMOVA İSPANLARA AZARKEŞLİK EDİR


29-06-2012, 11:58
İLHAMƏ QASIMOVA İSPANLARA AZARKEŞLİK EDİR

MÜĞƏNNİ FUTBOL HƏVƏSKARI İMİŞ

Çox maraqlıdır, yaradıcılığındakı inkişafı ilə Avropanı fəth etməkdə olan /əlavə edim ki, o, hətta "Eurovision" təmsilçilərimizi belə geridə qoyub/ İlhamə Qasımova “Euro2012” çempionatını ardıcıl olaraq izləyənlərdəndir. O, İspaniya komandasına azarkeşlik edir.

“Futbolu çox sevirəm. Bütün işimi-gücümü atıb, bu oyuna baxıram. Necə ki, baxıram. İspanlar güclü və məntiqlidirlər. Çox istərdim ki, məhz bu ölkənin komandası 2012-ci ilin ən güclü komandası seçilsin. Əlbəttə, bu özlərindən asılıdır.Yəqin ki, etimadları doğruldacaqlar. Əlbəttə, bir azərbaycanlı kimi çox istərdim ki, bu cür maraqla öz yerli komandamıza azarkeşlik edim. İnşallah, gələcəkdə belə olar. Amma bu günkü Avropa cempionatı uğrunda gedən mübarizədə İspaniyanın qələbə çalmasını istəyərdim”, - deyə açıqlama verən İ.Qasımova Facebook sosial şəbəkəsində hər oyundan sonra futbol haqda fikirlərini paylaşmaqdadır.

Geri qayıt