Əsas Səhifə > Hadisə > XAÇMAZDA SƏRNİŞİN AVTOBUSU AŞDI

XAÇMAZDA SƏRNİŞİN AVTOBUSU AŞDI


29-06-2012, 11:31
XAÇMAZDA SƏRNİŞİN AVTOBUSU AŞDI

QƏZA NƏTİCƏSİNDƏ 9 NƏFƏR YARALANIB

Azərbaycanın Xaçmaz rayonunda sərnişin avtobusu aşıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 8 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən keçən hissəsində baş verib. Nabran-Bakı marşrutu üzrə hərəkət edən, 90-JL-034 dövlət nömrə nişanlı, “Hyundai” markalı sərnişin avtobusunun aşması nəticəsində sərnişinlərdən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Xəsarət alan şəxslərdən 7-si Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlara ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Geri qayıt