Əsas Səhifə > Gündəm, Manşet > RƏSUL QULİYEV SİYASƏTDƏN GEDƏ BİLƏR

RƏSUL QULİYEV SİYASƏTDƏN GEDƏ BİLƏR


29-06-2012, 11:27
RƏSUL QULİYEV SİYASƏTDƏN GEDƏ BİLƏR

ƏGƏR RƏSMİ BAKI KEÇMİŞ PARLAMENT SƏDRİNİ VƏTƏNƏ BURAXARSA…

DİA.AZ: - «Artıq onun əli hər şeydən üzülüb və Azərbaycana dönmə istəyi son zamanlar Rəsul Quliyevin sistemsiz addımlar atmasına nədən olmaqdadır». Bu barədə məlumatı redaksiyamıza hökumət içindəki məlumatlı mənbələr ötürüb. Xatırladaq ki, son günlər ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş parlament sədri çox dolaşıq fikirlər səsləndirməkdədiri və hətta özünün lideri olduğu, öz təşəbbüsü ilə yaranmış yeni blokunun ünvanına da aşağılayıcı ifadələr işlətməkdədir.

Bütün bunların bir səbəbinin olduğunu bildirən mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, bu yolla əslində Açıq Cəmiyyət Partiyasının lideri rəsmi Bakı ilə münasibətlərini yoluna qoymağa çalışır: «Az qala bütün gedənlər qayıtmaq üzərədir. Ayaz Mütəllibovun da dönməsinə az qalıb. Hakimiyyət ölkədəki siyasi partlayışı yatırtmaq üçün çox ciddi gedişlər edir. Bunun fonunda isə Rəsul Quliyev özünün əsassız aqressiv mövqeyi ilə təklənmiş vəziyyətə düşür. Hətta bu gün müxalifətin ən radikal qanadı hesab olunan İctimai Palatada belə Rəsul Quliyev qədərində aqressiya yoxdur ki, bu da anlaşılandır. O, nəyin bahasına olursa-olsun vətənə dönmək istəyir. 2005-ci ildə belə bir cəhdi iki nazirin qollarını qandalladı. İndi isə tamam fərqli bir taktika seçib».

Mənbəmizin sözlərinə görə, tədricən hakimiyyətlə dalaşmağın yox, danışmağın tərəfdarına çevrilən keçmiş spikerin həm öz müttəfiqlərinin və həm də İctimai Palatada cəmləşmiş hakimiyyətə müxalif olan siyasilərin ünvanına kəskin ifadələr işlətməsi də bir növ «iqtidarın xoşuna gələ bilməsi» üçün atılan addımlar hesab oluna bilər.

Amma bu hamısı deyil. Mənbəmiz ilginc faktları da açıqladı. Redaksiyamıza bildirilənə görə, bu günlərdə Rəsul Quliyev Azərbaycan iqtidarına aid çox tanınmış simalardan biri ilə Almaniyada məxfi görüş keçirib: «Həmin görüş birbaşa olaraq Rəsul Quliyevin istəyi ilə baş tutub və görüşdə iştirak edə bilməsi üçün həmin dövlət məmurumuz rəsmi Bakının icazəsini alıb. Çünki Rəsul Quliyev israrlı şəkildə görüşmək istədiyini bildirib və bundan sonra hakimiyyətin üst düzəyi ilə əlaqə saxlayan iqtidar adamı razılıq alaraq keçmiş parlament sədrinin görüşünə gedib».

Məlumatlarda deyilir ki, görüş zamanı hakimiyyətə qarşı heç bir qərəzinin, düşmənçiliyinin olmadığını bildirən Rəsul Quliyev YAP iqtidarından vətənə dönə bilməsi üçün şəraitin yaradılmasını istəyib və hətta bu məqsədlə öz şərtlərini də açıqlayıb: «Rəsul Quliyev bildirib ki, siyasətdən birdəfəlik gedir və sadəcə olaraq Azərbaycanda yaşaması üçün yaradılan şəraitin qarşılığında bu addımı ata bilər».

Hələlik rəsmi Bakının keçmiş spikerin bu istəklərinə necə cavab verəcəyi məlum deyil. Çünki görüə qatılan məmurumuz bu məsələni həll edəcək qədərində yetkili olmadığını və sadəcə olaraq ACP liderinin istəklərini Bakıya çatdıracağını bildirib: «Rəsul Quliyev hələik gözləyir. Əgər rəsmi Bakıdan müsbət cavab gələrsə, o, Azərbaycana dönə biləcək. Bu isə həm də o deməkdir ki, bir zamanlar Avropanın 5-ci ən zəngin adamı olan keçmiş parlament sədri birdəfəlik olaraq siyasətə «əlvida» deyəcək».

Onu da xatırladaq ki, anoloji şərtlə keçmiş prezident Ayaz Mütəllibovun də ölkəyə buraxılmasına şərait yaradılması haqda məlumatlar dolaşmaqdadır. Və artıq Ayaz Mütəllibov eks-prezidentlər haqqında qanunun qəbulunun ardından siyasətdən getdiyii də bəyan edib. İndi isə sıra daha bir sabiq dövlət adamındadır.


Geri qayıt