Əsas Səhifə > Partiya > QHT RƏHBƏRİNƏ HÖKM OXUNDU

QHT RƏHBƏRİNƏ HÖKM OXUNDU


28-06-2012, 14:07
QHT RƏHBƏRİNƏ HÖKM OXUNDU

MEHDİ MƏMMƏDOVA 2 İL CƏZA KƏSİLDİ

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. “Media forum” saytı xəbər verir ki, hökm iyunun 28-də Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Mehdi Məmmədov satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda təqsirli bilinib.

İyunun 27-də keçirilən prosesdə dövlət ittihamçısı Mehdi Məmmədova 2 il 6 ay həbs cəzasının verilməsini istəmişdi.

Mehdi Məmmədov fevralın 18-də saxlanılıb.

Geri qayıt