Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİ AŞİQ OLUB

GƏNC MÜĞƏNNİ AŞİQ OLUB


28-06-2012, 13:55
GƏNC MÜĞƏNNİ AŞİQ OLUB

O, GERİLƏMƏ SƏBƏBLƏRİNİ DƏ İZAH ETDİ

Son aylar səhnədən uzaqlaşıb, özünə qapanan gənc müğənni Sevinc Ağaşirinova həmin vaxtlarda depressiyada olub.

Bunu ətrafındakılardan gizlədən müğənninin həyatında nəhayət yeni səhifə açılıb. Həm şəxsi həyatında üzünü güldürəcək hadisə baş verib, həm də o, prodüserlə çalışmaq qərarına gəlib. Bu isə o deməkdir ki, artıq tamaşaçısı onu səhnədə, ekranda daha çox görə biləcək. Xatırladaq ki, müğənninin çalışdığı prodüser Nadir Qafarzadənin keçmiş prodüseri Zaur Bağırovdur. O, Milli.Az-a bildirib ki, Sevincin sənətdə geriləməsinin bir səbəbi də yanında düzgün komandanın olmamasıdır.

"Sevincin həyatı da, sənəti də artıq qaydasındadır. Sənəti haqqında onu deyim ki, yeni layihələr üzərində çalışırıq və bunları tezliklə mətbuat nümayəndələri ilə bölüşəcəyik. Şəxsi həyatına gəlincə, Sevinc xanım sevgi dolu bir həyat yaşayır. Həyatı sevgi ilə yaşamaq gözəldir. O, uzun fasilədən sonra bunu qazanıb. Bir də, yaradıcı insanın sevməsi vacibdir. O, sevir və sevilir. Ona stimul verən budur. Ona görə də sənətində çoxlu işlər görməyə hazırdır", - deyən prodüser sənətçinin sevdiyi insanın kimliyini hələlik gizli saxladı.

Geri qayıt