Əsas Səhifə > Cəmiyyət > BU GÜN MƏRHUM VƏKİLLLƏ VİDA GÜNÜDÜR

BU GÜN MƏRHUM VƏKİLLLƏ VİDA GÜNÜDÜR


28-06-2012, 12:56
BU GÜN MƏRHUM VƏKİLLLƏ VİDA GÜNÜDÜR

İSAXAN AŞUROVUN DƏFN MƏRASİMİ KEÇİRİLİR

Uzun sürən xəstəlikdən sonra ABŞ-da xəstəxanada vəfat edən hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurov bu gün saat 16:00-da doğulduğu Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.

Dəfin mərasimində Azərbaycanın vətəndaş cəmiyyətinin tanınmış simalarının da iştirak edəcəyi gözlənilir.

Mərhumun yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, Bakıda cümə axşamı mərasiminin keçirilməsi də nəzərdə tutulub.

İsaxan Aşurov 2011-ci ildən ağır xəstəlikdən əziyyət çəkirdi. O, 2012-ci il iyunun 22-də ABŞ-da, müalicə aldığı xəstəxanada vəfat edib.

İsaxan Qara oğlu Aşurov 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. 1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə bitirib.

1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1992-1993-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi işləyib.

İsaxan Aşurov 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələrindən sonra həbs edilib. Onu hökumət qüvvələrinə qarşı vuruşan korpus komandiri Sürət Hüseynovun silahlı qüvvələri həbs edib. Ancaq İsaxan Aşurovun həbsi heç bir il çəkməyib. O, Müsavat partiyasına qayıdaraq siyasi fəaliyyətlə məşğul olub.

1996-cı ildən siyasətdən ayrılan İsaxan Aşurov peşəkar vəkil fəaliyyətinə keçib.
O, vəkil kimi məhkəmələrdə «OMON»çuların, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, jurnalist Eynulla Fətullayevin, yazıçı publisist Rafiq Tağının, gənc bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin hüquqlarını müdafiə edib.

İsaxan Aşurov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Mərhumun 4 övladı var.


Geri qayıt