Əsas Səhifə > Dünya > MOSKVADA KÜTLƏVİ HƏBS

MOSKVADA KÜTLƏVİ HƏBS


21-10-2011, 14:13
MOSKVADA KÜTLƏVİ HƏBS

BAZARDA 370 NƏFƏRİN QOLU QANDALLANDI

Moskvada xüsusi təyinatlılar "Sadovod" bazarında əməliyyat keçiriblər.

RİA "Novosti"nin verdiyi məlumata görə, "Axtarış" şərti adı altında keçirilən əməliyyat nəticəsində təxminən 370 insan həbs olunub.

Əməliyyat zamanı qeyri-leqal miqrantların məskunlaşdıqları yerlərdə, avtomobillərdə axtarış aparılıb. Silah, partlayıcı və narkotik maddələrin axtarışı məqsədilə aparılan axtarışda xüsusi təlim keçmiş itlərdən də istifadə edilib.


Geri qayıt