Əsas Səhifə > Ölkə > İRAN SAYTINDAN AZƏRBAYCANA İTTİHAM
İRAN SAYTINDAN AZƏRBAYCANA İTTİHAM27-06-2012, 18:33 |
GUYA BİZ FARS-MOLLA REJİMİNİN DÜŞMƏNLƏRİNİ BARINDIRIRIQ İranın “Mehrnews” saytı iyunun 27-də Azərbaycan Respublikası hökumətini İran hakimiyyətinin ən güclü müxalifi sayılan Xalq Mücahidlər Təşkilatı qüvvələrini ölkə ərazisində yerləşdirməkdə günahlandırıb. “Media forum” saytının məlumatına görə, məlumatda deyilir ki, İraqdan Azərbaycana köçürülən 800 nəfər mücahid hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib: “Münafiqlərin müəyyən bir çərçivə əsasında İraqdan çıxarılmasına başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist rejimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi”. “Mehrnews” iddia edir ki, 2011-ci ildə İraqdan çıxarılan Xalq Mücahidlər Təşkilatı üzvləri avtobuslarla İraqın Kürdüstan muxtariyyəti, Türkiyə, Gürcüstandan keçməklə Azərbaycanın Gəncə şəhərinə gətiriliblər, daha sonra Daşkəsən və Mingəçevirdə yerləşdiriliblər: “Tel-Əvivin razılığı ilə münafiqlərin ali şurasının üzvü Sənabərq Zahidi 2012-ci il mayın sonunda Bakıya gələrək daha 2 min münafiqin burada yerləşdirilməsi üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparıb, razılıq əldə edib. Əldə olunmuş razılığa görə, bu iki şəhərdə yerləşdirilmiş münafiqlərə yüksək səviyyədə partizan savaşı, casusluq etmək, bomba qoymaq, kommunikasiya fəaliyyətləri və terrorçu əməliyyatlar keçirmək barədə təlimlər veriləcək ki, lazım olanda İranın daxilinə göndərilsinlər”. Geri qayıt |