Əsas Səhifə > Cəmiyyət > GƏLƏN HƏFTƏ BAŞLAYIR

GƏLƏN HƏFTƏ BAŞLAYIR


21-10-2011, 14:09
GƏLƏN HƏFTƏ BAŞLAYIR

KEÇMİŞ PREZİDENT RAHAT NƏFƏS ALA BİLƏR

Milli Məclisin payız sessiyasının növbəti iclaslarının keçiriləcəyi tarixlər məlum olub. Modern.az saytınım xəbərinə görə, payız sessiyasının üçüncü iclası oktyabrın 25-də, dördüncü iclası oktyabrın 28-də keçiriləcək. Məlumatı saytımıza Milli Məclisdən veriblər.

Modern.az saytı Milli Məclisin oktyabrın 25 və 28-də keçiriləcək iclaslarının gündəliyinə təklif olunan məsələlərin nədən ibarət olacağını dəqiqləşdirib.

Gələn həftə keçiriləcək iclasda eks-prezidentlərlə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq. Milli Məclisdən bildirilib ki, sənəd “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” qanun layihəsi adlanır.

Modern.az saytı Milli Məclisin oktyabrın 25 və 28-də keçiriləcək iclaslarının gündəliyinə təklif olunan məsələlərin nədən ibarət olacağını dəqiqləşdirib.

Həmin iclasların gündəliyinə aşağıdakı məsələlər daxildir:

- “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” qanun layihəsi;

- “Cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi haqqında” saziş təsdiq ediləndən sonra Azərbaycan Respublikasının qanun layihəsi;

- ““Prokrorluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

- ““Prokrorluq orqanlarında qulluq keçmək haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

- “Əməliyyat axtarış fəaliyyəti qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

- ““Bələdiyyələrin statusu haqqında” Azərbaycan respublikasının qanununa dəyişiklik edilməsi haqqında” qanun layihəsi;

- "“Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- ""Bələdiyyə qulluğu haqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- ""Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- ""Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- ""Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" qaydaların tətbiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- "Lənkəran şəhərinin inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- "Gədəbəy rayonun inzibati ərazi vahidlərinin adlarının dəyişməsi haqqında" qanun lıayihəsi;

- "Psixatriya yardımı haqqında qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsi;

- "İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun məlumatı haqqında" qanun layihəsi;

- "Sosial xidmət haqqında" qanun layihəsi;

- "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və istifadəsi haqqında" qanun layihəsi.


Geri qayıt