Əsas Səhifə > Cəmiyyət > “ZAPÇAST” FIRILDAQÇILARININ ŞOK CİNAYƏTLƏRİ

“ZAPÇAST” FIRILDAQÇILARININ ŞOK CİNAYƏTLƏRİ


27-06-2012, 18:09
“ZAPÇAST” FIRILDAQÇILARININ ŞOK CİNAYƏTLƏRİ

“TƏKƏR BAŞI” LƏQƏBLİ ZƏKİNİN QURBANLARI ARASINDA POLİSLƏR DƏ VAR

DİA.AZ: - “Bakıda “Təkər Başı” ləqəbli Zəki Zərbəliyev kimdir?; Elmasla Zəki keçmiş polis işçisini necə aldatdı?” sərlövhəli yazılarımız öz nəticəsini verdi. Belə ki, iyunun 24-də Elmas Osmanov Nizami RPİ-nin əməkdaşları tərəfindən həbs edilib. Onu Elman adlı şəxsi etibarından sui-istifadə edərək, onun külli miqdarda pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham edirlər. Elmas Osmanov Nizami RPİ-nin rəisi Nofər Məhərrəməvovun rəhbərliyi ilə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yazı dərc olunandan bir neçə gün sonra dərhal yaxalanıb.

DİA.AZ-a daxil olan digər məlumata görə, bu “xəmir hələ çox su aparacaq”. Elmas Osmanovun həbsinin onun ortağı Zəki Zərbəliyevə də təsirsiz ötüşməyəcəyi bildirilir.

Qeyd edək ki, adı çəkilən şəxslər uzun müddətdir ortaq biznes fəaliyyəti ilə məşğuldurlar. Hətta Elman adlı keçmiş polis işçisindən dələduzluq yolu ilə alınan pulları da birgə işlədiblər. Həmin pulların hesabına öz ortaq bizneslərini daha da böyüdüblər.

Oxucuları məsələdən tam agah etmək məqsədilə qısa xatırlatma edərək, Elmas Osmanov və onun “şagird”i Zəki Zərbəliyevin dələduzluq fəaliyyətləri ilə bağlı bir neçə qeyd düşək.

DİA.AZ bildirir ki, vaxtilə öz ilkin kommersiya fəaliyyətinə Babək prospekti 11 ünvanında yerləşən avtomobil ehtiyyat hissələrinin satıldığı dükanında başlayan Zəki Zərbəliyev sonradan imkanlı biznesmenə çevrilib. Onun fəaliyyətini araşdırarkən məlum olub ki, Elmas Osmanov adlı dahi “müəllim”inin yanında “ustad dərsi”, yəni master-klass keçən Zəki, bunları onları tanıyan bir çox adamlara müəyyən yollarla fırıldaq gəliblər. Ancaq bütün bu işləri elə ediblər ki, məsuliyyətin hamısı Elmas Osmanova düşür görüntüsü yaransın. Hər şeydən xəbərdar olan Zəki Zərbəliyev isə günahsız, heç bir fırıldaqdan xəbəri olmayan adam kimi E.Osmanovla ortaq bizneslərini böyütməklə məşğul imiş.

Keçmiş polisi işçisi Elmanın aldadılması elə bu cür baş verib.

Deməli, Elmas Almaniyadan ölkəmizə “Bizil” adlı yağ və “Şnayder, Manbo” adlı akkumlyator gətirirmiş. Zəki isə həmin malları “Primorski”də yerləşən və vergidən külli miqdarda yayınan mağazalara paylayırmış. Ancaq iki ortaq daha çox pul qazanmaq üçün fırldaq yoluna əl atmağa başlayıb. Belə ki, onlar Babək prospekti. 11-də yerləşən mağazanın sahibi, keçmiş polis işçisi olan Elmanı aldadaraq, ona təklif ediblər ki, dükanını, dükanı banka girov qoyub, pul götürsünlər və mağazadakı malların miqdarını artırsınlar. Elman da Elmasla Zəkinin sözünə şirniklənərək, onlara razılıq verib. Bankdan pul alındıqdan sonra isə Elmas həmin pulu götürərək, xaricə qaçıb. Zəki Zərbəliyev isə pul sahibi Elmana deyib ki, onun heç nədən xəbəri yoxdu və Elmasın qaçmasının günahını onda axtarmasın.

Ancaq bizim araşdırmalarımız onu ortaya qoydu ki, sən demə, Elmas yenə də başqa şirkətin adı ilə Zəkiyə mal göndərirmiş, Zəki də həmin malları dükanlara paylayır və qazancı Elmasla şərik kimi bölürlərmiş. Ortada uduzan isə binəva Elman olub.

Qeyd edək ki, Zəki Zərbəliyev bu gün nəinki akkumlyator, yağ, həm də böyük təkər biznesinə girişib. Sən demə, Elmana “atdıqları” pulla son iki ildə xeyli işlər görüblər. Elmas “pis oğlan” obrazı yaradaraq aradan çıxıb, Zəki isə and-aman edir ki, burada onluq heç nə yoxdur. Ancaq Zəki ötən günlərə qədər, yəni “ustası” Elmas həbs olunana qədər dükanlara onun mallarını paylamağa davam edirdi. Yəni, Elmas Osmanovun dələduzluq əməlindən xəbərdar idi və onunla ortaq fəaliyyətdə idi.

Ümid edirik ki, Zəki Zərbəliyev də öz qanunsuz əməlinin cəzasını çəkəcək və Elmas Osmanovla ortaq şəkildə vətəndaşın külli miqdarda pulunu mənimsədiyi üçün cəzalanacaq.


Geri qayıt