Əsas Səhifə > Partiya > MÜSAVAT NAXÇIVANDA YENİ SƏDR SEÇDİ

MÜSAVAT NAXÇIVANDA YENİ SƏDR SEÇDİ


26-06-2012, 15:16
MÜSAVAT NAXÇIVANDA YENİ SƏDR SEÇDİ

ARİF HACILI TOPLANTIYA TELEFONLA QATILIB

Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası rayon təşkilatlarının toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, toplantıda Müsavat Partiyası Divanının qərarına əsasən, təşkilat komitəsinin yaradılması və yeni sədrin seçilməsi məsələsi müzakirə edilib.

Konfransın keçirilməsi üçün 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Babək rayon təşkilatının sədri Sabir Vəliyev təşkilat komitəsinin sədri seçilib.

Müsavat Partiyasının İcra Aparatının sədri Arif Hacılı telefon vasitəsilə toplantıya qatılıb. O, toplantı iştirakçılarını Silahlı Qüvvələr Günü və təşkilat komitəsinin yaradılması münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.


Geri qayıt