Əsas Səhifə > Dünya > 3 TÜRK ƏSGƏRİ YARALANIB

3 TÜRK ƏSGƏRİ YARALANIB


26-06-2012, 13:29
3 TÜRK ƏSGƏRİ YARALANIB

PKK-NIN BASDIRDIĞI MİNA PARTLAMASI NƏTİCƏSİNDƏ

Türkiyənin Trabzon şəhərinin Düzköy qəsəbəsində mina partlaması nəticəsində 3 əsgər yaralanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında Jandarma Komandanlığı yaxınlığında baş verib. Əsgərlərin zibil atdığı qutuda quraşdırılan mina partlaması nəticəsində yaralanan hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

Trabzon Valisi Recep Kızılcık baş verən hadisə ilə bağlı açıqlamasında partlayan minanın uzaqdan idarə olunduğunu deyib. Məlumata görə, əsgərlər zibilləri atmaq üçün qutuya yaxınlaşan zaman partlayış meydana gəlib.

Geri qayıt