Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROVUN ŞİRKƏTİ ÇÖKÜR????
KƏMALƏDDİN HEYDƏROVUN ŞİRKƏTİ ÇÖKÜR????21-10-2011, 13:50 |
BƏS NİYƏ "GİLAN" "YENİ MÜSAVAT"DAN 1 MİLYON İSTƏYİR? "Gilan" konserv zavodu MMC "Yeni Müsavat" qəzetini məhkəməyə verib. Bu barədə qəzetin redaksiyasına rəsmi bildiriş daxil olub. "Yeni Müsavat" rəhbərliyindən verilən məlumata görə, qəzetə qarşı iddia "Jalə" şirələri ilə bağlıdır. Belə ki, 2009-cu ilin aprelində (2 il 6 ay əvvəl) "Yeni Müsavat"da dərc olunmuş "JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR" başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. "Gilan" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür. Məhkəmə iddiası qaldıran tərəf - "Gilan" rəhbərliyi "Yeni Müsavat"dan 1 milyon manat məbləğində təzminat tələb edir. "Yeni Müsavat" rəhbərliyi qeyd edir ki, bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan biznes strukturlarının hansısa qəzeti məhkəməyə verdiyinə dair ilk faktdır. musavat.com Geri qayıt |