Əsas Səhifə > Partiya > “SEÇKİLƏRDƏ İŞTİRAK XƏYANƏTDİR”

“SEÇKİLƏRDƏ İŞTİRAK XƏYANƏTDİR”


26-06-2012, 13:06
“SEÇKİLƏRDƏ İŞTİRAK XƏYANƏTDİR”

“SEÇKİ ADI ALTINDA OYUN OYNANILIR”

2003-cü ildə keçirilən prezident seçkilərində müxalifətin vahid namizədlə iştirak etməməsi nəticəyə mənfi təsir göstərdi. 2013-cu ildə keçiriləcək prezident seçkiləri ilə bağlı da hazırda vahid namizəd məsələsi müxalifət daxilində ciddi müzakirələrə səbəb olub. Belə ki, ölkənin aparıcı müxalifət qüvvələrindən hesab edilən İctimai Palata daxilində də bu məsələ ilə ortaq məxrəcə gəlinməyib.

FaktXeber.com-un “hazırkı durumla müxalifətin 2013-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlməsi nə dərəcədə real görsənir”,- sualını cavablandıran politoloq Qurban Məmmədov vahid namizəd məsələsinin qələbəni təmin edən amil olmadığını bildirdi: “Son illər ərzində keçirilən seçki təcrübəsi sübut etdi ki, hazırkı rejimin əli altında hər hansı bir seçkidən danışmaq mənasızdır. Azərbaycanda seçki keçirilmir. Sadəcə olaraq seçki adı altında oyun oynanılır. Hakimiyyəti zorla ələ keçirib saxlayan qüvvənin cinayət əməlinə seçki ilə qanuni don geyindirirlər. ”

Vahid namizəd və digər problemlərin müzakirəsinin əsassız olduğunu qeyd edən Qurban bəy, “bütün müxalifət xalqla birləşərək gücünü normal seçki mühitinin yaradılması üçün sərf etməlidir ”, - deyə bildirdi: “Ölkədə normal seçki mühiti olsa, müxalifətin vahid namizəd məsələsinə ehtiyac qalmayacaq. İndiki Mərkəzi Seçki Komissiyası ilə keçiriləcək istənilən seçki saxtalaşdırılacaq. Hazırkı seçkilərdə hər hansı variantda iştirak xəyanətdən başqa bir şey deyil.”


Geri qayıt