Əsas Səhifə > Şou-biznes > ATV-NİN YENİ RƏHBƏRLİYİ SİYASƏTİ DƏYİŞİR

ATV-NİN YENİ RƏHBƏRLİYİ SİYASƏTİ DƏYİŞİR


26-06-2012, 12:48
ATV-NİN YENİ RƏHBƏRLİYİ SİYASƏTİ DƏYİŞİR

ELNARƏ XƏLİLOVA BU KANALA AYAQ AÇDI

Çoxdandır ATV kanalı ilə küsülü olan Elnarə Xəlilova nəhayət ki, sözügedən kanala ayaq açdı. O, ilk olaraq “Onlar” verilişinin qonağı oldu. İndən belə onu telekanalın bütün verilişlərində görmək mümkün olacaq. Bir sözlə, Elnarə imicindən savayı yaradıcılığında sürətlə irəliləyiş etməkdədir. Uğurlar!

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu günlərdə üç uşaq anası olan E.Xəlilova yenitikili binadan aldığı mənzilinin təmirini artıq başa çatdırıb. Tezliklə yeni mənzildə ev sahibəsi tərəfindən qohum-əqrəba, tanış-bilişlərə güclü ziyafət veriləcək. O ki qaldı həmkarlarına, müğənni yaxın həmkarları üçün ayrıca qonaqlıq verməyi düşünür. Hansı ki, həmin qonaqlıqda eks “W-trio”dan yalnız Natavan Həbibi iştirak edəcək. Röya isə çox güman ki, Elnarəni təbrik etməyə gəlməyəcək. Çünki onun adı dəvətlilərin siyahısında yoxdur. “W-trio”nun qızlarının fikrincə: “Röya çaşıb...”

Geri qayıt