Əsas Səhifə > Cəmiyyət > FHN ŞEFİ «AZƏRENERJİ»NİN SABİQ RƏHBƏRİNİN MÜLKÜNÜ ALDI

FHN ŞEFİ «AZƏRENERJİ»NİN SABİQ RƏHBƏRİNİN MÜLKÜNÜ ALDI


26-06-2012, 12:44
FHN ŞEFİ «AZƏRENERJİ»NİN SABİQ RƏHBƏRİNİN MÜLKÜNÜ ALDI

KİMSƏ BUNA QARŞI ÇIXA BİLMƏYİB

1990-cı illərin əvvəlindən 2001-ci ilə qədər “Azərenerji” ASC-yə rəhbərlik etmiş və hazırda prezident təqaüdçüsü olan Müslüm İmanov Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən bağ evini fövqəladə hallar naziri Kəmaləddin Heydərova satmaq məcburiyyətində qalıb.

Mia.az əbər verir ki, Müslüm İmanovun yaxın qohumlarından biri Fövqəladə Hallar Nazirliyində işlədiyindən, o, nazir Kəmaləddin Heydərovun istəyinə qarşı çıxa bilməyib: «Müslüm İmanovun təklifə tez razılıq verməsinin digər bir səbəbi də, yəqin millət vəkili Qüdrət Həsənquliyevin qardaşının qətlində suçlanan və buna görə 10 ildən çoxdur Azərbaycandan qaçaraq gizlənmiş oğlu olub. Doğrudur, nazir Kəmaləddin Heydərov da Müslüm İmanovun alqı-satqıya tez xeyir-dua verməsini yüksək qiymətləndirilib. Belə ki, bağın qiyməti nəzərdə tutulduğundan, yəni real bazar qiymətindən artıq məbləğdə hesablanıb və şəxsən İmanova verilib».

Müslüm İmanovun bağının yerləşdiyi sahənin də nazir Kəmaləddin Heydərovun kiçik oğlu üçün tikilən villanın ərazisinə qatıldığını deyən müsahibimizin sözlərinə görə, «Azərenerji»nin sabiq rəhbəri gözlənilməz bu təklifdən əvvəl narazı olsa da, sonradan çox məmnun qalıb: «Hazırda təqaüddə olan bir adam üçün təklif edilən məbləğ çox böyük idi. Təbii ki, bu, onu razı salmaya bilməzdi».

Müslüm İmanova bağ evinə görə ödənilən məbləğə gəlincə, rəqəm məxfi salaanılıb.

Yeri gəlmişkən, qeyd edək ki, Müslüm İmanov 2001-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən istefaya göndərilib. Onun bu vəziyyətlə üzləşməsinə səbəb isə yuxarıda qeyd edildiyi kimi, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin 2001-ci ildə qətlə yetirilmiş qardaşı Nadir Həsənquliyevin ölümündə oğlunun adının sifarişçi kimi səslənməsi olub. Hazırda İmanovun oğlu axtarışda olsa da, bu günə qədər onun harada olduğu bilinmir. Hüquq-mühafizə orqanları isə axtarış və nəticələri ilə bağlı açıqlama verməkdən yayınırlar.


Geri qayıt