Əsas Səhifə > Hadisə > BAKIDA NEFT BURUĞUNDA PARTLAYIŞ OLUB

BAKIDA NEFT BURUĞUNDA PARTLAYIŞ OLUB


26-06-2012, 11:52
BAKIDA NEFT BURUĞUNDA PARTLAYIŞ OLUB

NƏTİCƏDƏ 1 NƏFƏR DÜNYASINI DƏYİŞİB

Bakıda neft buruğunda partlayış olub.

APA-nın məlumatına görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. Neft buruğunda baş verən ani partlayış yanğına keçib. Nəticədə orada işləyən, Hacıqabul rayon sakini İsmayıl Məmmədov aldığı yanıq xəsarətindən dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt