Əsas Səhifə > Cəmiyyət > “BU ADDIM MƏHZ HƏMİN MƏQSƏDİ GÜDÜRDÜ”

“BU ADDIM MƏHZ HƏMİN MƏQSƏDİ GÜDÜRDÜ”


21-10-2011, 13:48
“BU ADDIM MƏHZ HƏMİN MƏQSƏDİ GÜDÜRDÜ”

DEVAMM "XURAL"I MÜDAFİƏ EDİR

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM) "Xural" qəzetinin məruz qaldığı təzyiqlərlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Məlum olduğu kimi, “Xural” qəzetinə məxsus əmlak qanuni və hüquqi əsas olmadan müsadirə edilmişdir. Belə ki, "Xural" qəzetinə qarşı çıxarılmış məhkəmə qərarının icrası ilə bağlı iddia qaydasında mübahisə qaldırılmasına baxmayaraq, Nərimanov rayon məhkəmə icraçıları qəzetin bütün əmlakını müsadirə ediblər. DEVAMM bununla əlaqədar bəyanat vermişdir.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, "Xural" qəzetinə qarşı atılan bu addım qeyi-qanuni və qeyri-hüquqi olmaqla bərabər, söz azadlığına qarşı münasibəti əks etdirir: "Bu, söz və mətbuat azadlığının məhdudlaşdırılması yönündə növbəti addım kimi qiymətləndirilməlidir. Faktiki olaraq, bu azadlıqlara qarşı basqılar davam edir. Belə ki, qəzetin bütün əmlakının müsadirə edilməsi - birbaşa olaraq, onun fəaliyyətini əngəlləmək deməkdir. Aydındır ki, bu addım məhz həmin məqsədi güdürdü. Qanunun aliliyini təmin etməli qurumlar tərəfindən qanunun bu cür kobud surətdə pozulması acı təəssüf hissi doğurur. DEVAMM olaraq, bu vəziyyətdən dərin narahatlığımızı bildirir, qəzetə qarşı atılmış bu qeyri-qanuni addımların dayandırılması üçün çağırış edirik".


Geri qayıt